İnşaat və əmlak

Bakıda “City Park”ın yarım milyonluq vergi borcuna görə əmlakı - SATIŞA ÇIXARILIR

Bakıda “City Park”ın yarım milyonluq vergi borcuna görə əmlakı - SATIŞA ÇIXARILIR | FED.az
17:06 18 Fev 2020

Vergilər Nazirliyinin (Dövlət Vergilər Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş Azərbaycanda tikinti xidmətini həyata keçirən “PARK CİTY” MMC-yə ilə bağlı məhkəməyə müraciət edib. Bu şirkət “City Park Yaşayış Kompleksi”nin bütün tikintini işlərini həyata keçirir.

Eləcə də bax: Azərbaycanda korrupsiyaya görə – 40 MİLYONLUQ ƏMLAKA HƏBS QOYULUB

FED.az Banker.az-a istinadən məlumata verir ki,  Nazirlik Bakı Komersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 12 sentyabr 2019-cu il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 457 433 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 480 000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması xahiş edib.

Kommersiya məhkəməsi Vergilər Nazirliyinin buna dair qətnamə qəbul edərək bildirib ki, “PARK CİTY” MMC-nin 12.09.2019-cu il tarixə dövlət büdcəsinə olan məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 480 000 manatlıq əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Qərar 10 fevral 2020-ci ildə artıq qəbul edilib.

Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 457 433 manat  məbləğində vergi borcu, hərracın keçirilməsi xərcləri və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edilməsi qərarı verilib. Satışdan artıq qalan məbləğ isə “PARK CİTY” MMC-yə qaytarılacaq.

Bildirək ki, “Park City Yaşayış Kompleski”nin tikintisi Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 72A ünvanında aparılır.

Məlumata görə, yenitikilinin mənzillərində bir kvadrat üzrə qiymət 1 100 manat və ya 650 ABŞ dollarıdır.

Digər xəbərlər