Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkənin ən byöük sənaye müəssisələrindən biri olan “Bakı neft maşınqayırma zavodu” ASC-ni investisiya müsabiqəsinə çıxarıb. Komitədən FED.az xəbər verir ki, “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin 97,35 %-nin satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Qeyd edək ki. Müəssisənin cəmi öhdəlikləri: 4 066 652 manat, debitor borcları isə 983 209 manat təşkil edir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.
1. Səhmdar cəmiyyəti haqqında məlumat
(01 fevral 2019-cu il tarixinə)
Hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 101A
Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü: Neft-mədən avadanlıqları və onların ehtiyat hissələrinin istehsalı
Nizamnamə kapitalı: 16 100 000 (on altı milyon bir yüz min) manat
Buraxılmış səhmlərin sayı: 8 050 000 (səkkiz milyon əlli min) ədəd
Buraxılmış səhmlərin növü: sənədsiz adlı
Bir səhmin nominal dəyəri: 2 (iki) manat
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı: 7 836 376 (yeddi milyon səkkiz yüz otuz altı min üç yüz yetmiş altı) ədəd
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri: 15 672 752 (on beş milyon altı yüz yetmiş iki min yeddi yüz əlli iki) manat
Əhatə etdiyi sahə və torpaq sahəsi üzərində yerləşən tikililərin xarakteristikası: səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) göstərilmişdir
Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı: yoxdur
Qeyri-maddi aktivlər: yoxdur
İstismara verildiyi il: 1934
Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti: qənaətbəxş
İşçilərin sayı: 120 nəfər
Səhmdar cəmiyyətinin öhdəlikləri cəmi: 4 066 652 (dörd milyon altmış altı min altı yüz əlli iki) manat
o cümlədən,
- əmək haqqı və ona bərabər tutulan borclar: 115 891 (bir yüz on beş min səkkiz yüz doxsan bir) manat
- DSMF-yə olan borclar: 1 920 728 (bir milyon doqquz yüz iyirmi min yeddi yüz iyirmi səkkiz) manat
- mal, iş və xidmətlərə görə borclar: 1 850 033 (bir milyon səkkiz yüz əlli min otuz üç) manat
- bank kreditləri: 180 000 (bir yüz səksən min) manat
Debitor borcları: 983 209 (doqquz yüz səksən üç min iki yüz doqquz) manat
2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər
2.1 Müəssisənin fəaliyyətinin bərpası və genişləndirilməsi üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 10 000 000 (on milyon) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:
2.1.1 mövcud tikili və qurğuların təmiri və ya yeni tikililərin inşasına dair təkliflər;
2.1.2 mövcud avadanlıq və texnologiyaların bərpası və yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər;
2.1.3 istehsal olunan məhsulun çeşidi və həcminin artırılmasına dair təkliflər;
2.1.4 yeni istehsal və ya xidmət sahələrinin yaradılmasına dair təkliflər;
2.1.5 infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər;
2.1.6 yeni iş yerlərinin yaradılmasına dair təkliflər (150-dən az olmayaraq);
2.1.7 səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 (altmış) təqvim günü müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
2.2 Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi 4 700 000 (dörd milyon yeddi yüz min) manatdan və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə ekvivalentindən az olmamaq şərti ilə).
3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər
3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).
3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 1 000 000 (bir milyon) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.
3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;
- təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;
- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);
- təqdim edilən sənədlərin siyahısı.
İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
- iddiaçı haqqında məlumat;
- sahibkarlıq fəaliyyəti haqqında məlumat;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);
- təqdim edilən sənədlərin siyahısı.
Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:
- İnvestisiya Proqramı;
- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.
Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər
4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:
4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını;
4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:
- 60 (altmış) təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini;
- müqavilədə razılaşdırılacaq müddətdə səhmdar cəmiyyətinin DSMF-yə olan borclarının ödənilməsini;
- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;
- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;
- öhdəlik götürəcəyi sayda, lakin 150-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını;
- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 4 720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində vəsaitin ödənilməsini;
- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.
4.2. İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 10 aprel 2019arxnş doqquzdördkkiz-cu il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 810, tel.: 490 24 08 (əlavə 207 və 191).
4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 10 aprel 2019-cu il tarixinədək iş günləri saat 1000-dan 1730-dək bu ünvanda aparılacaqdır: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 810.
4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 12 aprel 2019-cu il, saat 1100-dan başlayaraq həyata keçiriləcəkdir.