Deloitte şirkəti Avropada yeni tikililərin qiymətlərini, eləcə də «novostroyka»ların ən ucuz və ən bahalı olduğu ölkələri açıqlayıb.
FED.az xəbər verir ki, «Deloitte» beynəlxalq konsaltinq şirkəti dünya bazarlarında daşınmaz əmlakın qiymətləri ilə bağlı daha bir faydalı hesabat dərc edib.
Hesabata əsasən
Ən bahalı yeni tikili mənzillər
Avstriya, Almaniya, Fransa və Norveçdədir. Bu ölkələrdə yeni binada hər kvadratın qiyməti 4000 avrodan çoxdur.
Ən bahalı mənzilləri olan şəhərlər
Paris və Münhen - burada yeni tikilinin 1 m2 üçün 10 000 avrodan çox pul ödəmək tələb olunur. Daha dəqiqi Parisdə yeni tikililərin orta qiymiəti 1 kvadratmetr üçün 14 622 avro, Münhendə isə 11 400 avro təşkil edir.
Yeni tikililərin ən sürətlə bahalaşdığı şəhərlər
Sloveniyanın Maribor şəhəri (+38,2%) və Bosniyanın Sarayevo (+30,6%).
Ən ucuz «novostroyka»lar olan ölkələr
Bu sahədə Bosniya və Herseqovina liderdir – bu ölkədə 1 m2 yeni tikili mənzilin qiymət min avrodan bir qədər çoxdur. Təkrar bazarda evlərin qiymətlər daha da aşağıdır.
Yunanıstan, Rumıniya və Portuqaliyada yeni tikililər nisbətən münasibdir.
Ən ucuz mənzilləri olan şəhərlər
Avropada elə bir şəhər yoxdur ki, orada kvadrat metrə görə orta qiymət 1 min avronu keçməsin. Bununla yanaşı, ən aşağı qiyməti Yunanıstanın Patrasında (1056 avro), eləcə də Serbiyanın Niş şəhərlərində (1270 avro) və Novi Sad şəhərindədir (1540 avro).
Qiymətlər harada düşür?
Avropada qiymətlərin düşdüyü yeganə yerlər Danimarkanın üç şəhəri olub: Kopenhagen (-10,7%), Odense (-9,5%) və Orhus (-8,6%).
Qeyd edək ki, hesablama zamanı yalnız böyük şəhərlərdəki evlərin qiyməti nəzərə alınıb, araşdırma göstərir ki, əyalətlərdə mənzillər adətən daha ucuz olur.
Avropanın bir sıra ölkələrində yeni tikilən mənzillərin qiymətləri və onların dəyişməsi aşağıdakı kimidir:
Avstriya 4 925 avro/ kvadratmetr – bahalaşma 3,0%
Almaniya 4 800 avro/ kvadratmetr – bahalaşma 4,3%
Fransa 4 639 avro/ kvadratmetr – ucuzlaşma 0,2%
Norveç 4 204 avro/ kvadratmetr – bahalaşma 10,4%
Niderland 4 116 avro/ kvadratmetr – bahalaşma 6,9%
Böyük Britaniya 3 980 avro/ kvadratmetr – ucuzlaşma 18,8%
Çexiya 3 753 avro/ kvadratmetr – bahalaşma 12,1%
Litva 3 215 avro/ kvadratmetr – bahalaşma 31,9%
Slovakiya 3 156 avro/ kvadratmetr – bahalaşma 19,1%
Estoniya 3 122 avro/kvadrat – bahalaşma 16,6%
Danimarka 3104 avro/ kvadratmetr – ucuzlaşma 9,7%
Belçika 3 102 avro/ kvadratmetr – bahalaşma 8,0%
İspaniya 2 663 avro/ kvadratmetr – bahalaşma 2,3%
İtaliya 2371 avro/ kvadratmetr – bahalaşma 3,1%
Macarıstan 2 300 avro/ kvadratmetr – bahalaşma 14,6%
Xorvatiya 2 189 avro/ kvadratmetr – bahalaşma 20,1%
Polşa 1 975 avro/ kvadratmetr – bahalaşma 14,1%
Sloveniya 1 927 avro/kvadrat – bahalaşma 10,0%
Serbiya 1 785 avro/ kvadratmetr – bahalaşma 17,4%
Portuqaliya 1 723 avro/ kvadratmetr – bahalaşma 12,1%
Rumıniya 1 417 avro/ kvadratmetr – bahalaşma 12,0%
Bosniya və Hersoqovina 1 237 avro/kvadrat – bahalaşma 27,0%