22 may 2019 19:43

Vergilər: "Ev və altındakı torpaq sahəsi ayrılıqda uçota alınmalıdır"

Daşınmaz əmlak obyektlərinin uçotu prosesi xüsusi diqqət cəlb edən məsələdir. Bir sıra hallarda uçotun səhv aparılması vergi öhdəliklərinin düzgün hesablanmamasına və son nəticədə vergi qanunvericiliyinin pozulmasına səbəb ola bilir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, vergiödəyicisi tikilinin və altındakı torpaq sahəsinin ayrılıqda uçota alınmasını təmin etməlidir. Belə ki, mülkiyyətdə olan torpağın istifadə müddəti olmur, yəni o köhnəlmir və buna görə də ona amortizasiya hesablanmır. Tikilinin isə istifadə müddəti məhdud olduğu üçün ona amortizasiya hesablanır və dövri olaraq təmir edilir. Məhz bu səbəbdən də onların uçotu həmişə ayrılıqda aparılmalıdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz