Azercell Qələbə Gününə həsr olunmuş xüsusi layihə və sosial media kanallarında keçirilən hədiyyəli kampaniya ilə abunəçilərini sevindirir!
FED.az xəbər verir ki, “Azercell Telekom” MMC Zəfər Günü münasibəti ilə sosial mediada #eyVətən həştəqi altında layihə keçirir. Lider mobil operator işğaldan azad olunmuş torpaqlarda bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaradılması istiqamətində atılan addımlar, eləcə də ərazilər üzrə şəhər günlərinin təsis olunması, onların yenidən çiçəklənməsi və canlanmasına həsr olunmuş paylaşımlar edir və müxtəlif müsabiqələr keçirir. Oktyabrın 15-dən etibarən şirkətin sosial media kanallarında yer alan bu layihə izləyicilərin böyük marağına səbəb olub.
Bununla yanaşı, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş kampaniya çərçivəsində, həmçinin “Veteran” tarifindən yararlanan abunəçilərə şəbəkədaxili pulsuz danışıq dəqiqələri hədiyyə ediləcək. Bu dəqiqələrdən SMS göndərilən andan başlayaraq 24 saat ərzində faydalanmaq mümkün olacaq.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində cəbhə boyu ordumuzun ardınca irəliləyərək işğaldan azad olunmuş tarixi torpaqlarımızda ilk mobil infrastrukturunu quran “Azercell Telekom” MMC bu bölgələrdə yeni nəsil şəbəkənin genişləndirilməsi və əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin edilməsi istiqamətində işlərini davam etdirir.
Qüdrətlisən, #eyVətən!
Gülüstansan, #eyVətən!
Bölünməzsən, #eyVətən!