Qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradılaraq tam istifadəyə verilib.
Bu, Azərbaycan Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında əksini tapıb.
Hesabatda göstərilir ki, hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir: “Artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video materialı rəqəmsallaşdırılaraq elektron bazaya yüklənib və xüsusi qorunma su nişanları ilə təchiz edilib. Bununla yanaşı, agentlik tərəfindən internetdə rəqəmli hüquqların idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Məqsəd müasir texnologiyaların tətbiqi yolu ilə hüquqların kollektiv 19 idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarə edilməsinə qaytarmaqdır. Blokçeyn-texnologiyası əsərlərin reyestrinin və istifadə şərtlərinin hər bir istifadəçi üçün əlçatanlığını təmin edir, şəbəkə iştirakçılarına fərdi qaydada istifadəni təşkil etməklə müəllif qonorarının ödənilməsini optimallaşdırır, hər bir ödəmə əməliyyatını yoxlamaq imkanı yaratmaqla, şəffaflığı təmin edir. Həmçinin bu texnologiya vasitəçiləri aradan götürərək, etimadı artırır və piratçılığın qarşısının alınmasına əhəmiyyətli töhfə verir”.
apa