Türkiyənin ən çox investisiya sektoru oyun sənayesi olub. 2020-ci ildə ölkənin oyun sənayesinə 2 milyard dollarlıq yatırım edilib.
FED.az Türkiyə mətbuatına istinaən xəbər verir ki, ümumiyyətlə, son illərdə Türk oyun sənayesi qlobal bazarda ad qazanmağa və hətta rekord qıran uğurlara imza atmağa başlayıb. ABŞ oyun şirkəti Zynga-nın 1,8 milyard dollar və 168 milyon dollarla Peak Games və Rollic Games şirkətlərini satın alması ilin ən mühüm inkişafları oldu, 2020-ci ildə oyun sənayesindəki səhm satış əməliyyatlarının həcmi təxminən 2 milyard dollar olub.
Oyun biznesinin güclənməsinə və bu sahəyə yatırımların artmasına koronavirus epidemiyası da səbəb olub. Karantin dövründə insanların evlərində qaldıqları zaman rəqəmsal oyunlar əsas məşğuliyyət sahələrindən birinə çevrilib.
AdColony və Global Web Index-in 2020-ci il tədqiqatlarının nəticələrinə görə, hazırda kompüter oyunlarını yalnız yeniyetmələr deyil, böyüklər də oynayır. Böyüklərin 82%-i qadınlar, 76,5%-i kişilərdir. Nəticədə, Türkiyədəki bütün İnternet istifadəçilərinin 84%-i ildə az bir dəfə mobil oyun oynayır.
Oyun sektoru dünyada 9,3% böyüdü
Dünya oyun bazarı 2020-ci ildə pandemiyanın təsiri ilə 9,3% böyüyərək 159 milyard dollara çatdı. Türkiyədə isə 2019-cu ildə 32 milyon olan oyunçu sayı 2020-də 36 milyona, ümumi gəlir isə 830 milyon dollardan 880 milyon dollara yüksəlıb.
Mobil oyun bazarı 450 milyon dollar idi
Bazarın mobil oyunların 450 milyon dollar, kompüterlərin 230 milyon dollar, konsol oyunlarının 200 milyon dollar olduğu təxmin edilir. 83 milyondan çox əhalisi olan Türkiyədə 35 milyon mobil pleyer, 22 milyon kompüter pleyeri, 17 milyon konsol pleyeri var. Oyunçuların 55%-i kişi, 455-i isə qadınlar olub.
Varlılar da oynayır, kasıblar da
Oyunçuların 40%-i yüksək gəlir qrupundan, 30%-i orta, qalan 30% isə aşağı gəlir qrupuna aiddir.
Oyuna sərf edilən vaxt 30% artıb
Pandemiya dövründə oyun oynamaq müddətlərinin 30% artdığını bildirən hesabatda, dünyanın ən böyük oyun paylama şəbəkəsi və platformalarından biri olan Steam, əvvəlki aylarda 23 milyon ani aktiv istifadəçini aşaraq bütün zamanların rekordunu qırıb. Sıx artım yalnız Steam-də deyil, bütün oyun platformalarında və oyunlarda baş verdi.
Oyunların 3%-i pullu, 87%-i reklam gəliridir
Google Play-də 171 min 986 oyun tətbiqi arasında 2 min 689 türk tətbiqi var. Ümumilikdə 440 min oyunun arasında türk yayıncıların təklif etdiyi 8 min oyun var. Türk oyunlarının orta balı 3,94-5,0 arasıda dəyişir, orta göstərici 3,76-dır.
Türk istehsalv olan oyunların 3%-i pullu, 87%-i reklamlıdır. Ən çox sevilən oyun növləri macəra, tapmaca və yarış oyunlarıdır.