Reklam çarxında xarici dildə mətnin səsləndirilməsi ilə bağlı bəzi televiziya yayımçılarına xəbərdarlıq edilib.
Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyət verilib - CƏRİMƏLƏR - FƏRMAN
Bu barədə FED.az-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, iyulun 27-də Audiovizual Şurasının onlayn formatda növbəti iclası keçirilib. İclasda Şuranın monitorinq qrupunun televiziya redaksiyalarının efirində qeydə aldığı qanun pozuntuları müzakirə olunub.
Qeyd olunub ki, son günlərdə "ARB", "ATV", "Space TV", "Xəzər TV" televiziya redaksiyalarının efirində xarici dildə mətnin səsləndirilməsi ilə müşayiət olunan sərinləşdirici qəhvə içkisinin reklam çarxının nümayişi qeydə alınıb: "Bildiririk ki, həmin reklam çarxında olan bəzi ifadələrin Azərbaycan dilinə tərcüməsinin yazılı şəkildə nümayiş olunmasına baxmayaraq, "Media haqqında" qanunun 14.2-ci maddəsinin, habelə "Reklam haqqında" qanunun 4.7-ci maddəsinin tələblərinə əsasən "Dövlət dili haqqında" qanunun müddəalarına riayət olunmalı, yerüstü yayımçı proqramlarında dövlət dilindən istifadəni təmin etməli və reklamın əsas danışıq mətni də dövlət dilində səsləndirilməlidir.
Qeyd olunanları nəzərə alaraq Audiovizual Şurası bütün televiziya redaksiyalarından həmin reklam çarxının dərhal yayımdan çıxarılmasını və yalnız səsli mətnin Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan dilinə adaptasiyası şərtilə həmin reklam çarxının nümayiş olunmasını tələb edir.
Qanunvericilik tələblərinə əməl olunmadan proqramların (o cümlədən reklamların) yayımlanması aşkarlanarsa, həmin yayımçıya qarşı Şura tərəfindən müvafiq sanksiyalar tətbiq olunacaq".