Dünyada baş verən sonra proseslər, o cümlədən ticarət müharibələri və texnoloji rəqabət, inkişaf etmiş ölkələri indiyədək tətbiq edilən yanaşmalara yenidən baxmağa vadar edib.
Eləcə də bax: Ticarət müharibəsi olduğu yerdən davam edir: ABŞ-dan Çin rəsmilərinə - SANKSİYALAR
FED.az xəbər verir ki, Ticarət müharibələrinin və artan proteksionizmin təsiri ilə bir çox ölkələr strateji əhəmiyyətli yerli şirkətlərini xarici alışlardan qorumaq üçün qanunları sərtləşdirirlər.
Yerli şirkətlərin alınmasında təhlükəsizlik problemi olaraq aşağı faizli kreditlər və ya dövlətlərdən yardım alan xarici şirkətləri görən ölkələr, fürsətçi olan xarici alışların qarşısını almağa və ya buna ciddi şəkildə nəzarət etməyə çalışdılar.
Xarici sərmayələri və özəl sektoru təhlükəsizlik elementi olaraq görmək məsələsi ilk dəfə Çinin «Huawei» şirkəti və 5G infrastrukturunun çəkilişi ilə başlandı. Bir qədər əvvəl prezident Doland Trump, «Huawei»nin ABŞ təhlükəsizliyinə təhdid olduğunu açıqladı. İndi bu təcrübə başqa ölkələrə də yayılıb.
Koronavirus epidemiyasının başlaması ilə strateji əhəmiyyətindəki məhsulların ixrac məhdudiyyətinə qadağalar qoyuldu, əksər ölkələr öz imkanlarını respirator, maska və tibbi avadanlıq istehsalına səfərbər etdilər.
Almaniya və İtaliya Texnologiya Sənayelərini qoruyurlar
Bunun ardınca bir çox ölkələr xarici alış-verişi (yəni xarici investorların yerli şirkətlərdən pay almasını)məhdudlaşdıran və ya bu qanunları tətbiq etməyə hazırlaşan qanunlar qəbul etməyə başladılar. Aprel ayının əvvəlində Almaniya, yerli şirkətlərini Avropa Birliyindən kənarda olan investorlardan qorumaq üçün xarici alış qaydalarını sərtləşdirməyə qərar verdi.
Almaniyanın qərarında Çin dövlət şirkətlərinin artan investisiyaları əhəmiyyətli rol oynadı. Yeni qaydalara görə, xarici şirkət Almaniyada süni intellekt, robototexnika, biotexnologiya və kvant texnologiyası sektorlarından 10% və ya daha çox pay aldıqda, hökumətin icazəsini almalıdır.
İtaliya, aprel ayının əvvəlində xarici alışları məhdudlaşdıran bir qərar da verdi. Qərar hökumətə maliyyə, kredit, sığorta, enerji, nəqliyyat, səhiyyə, qida, robototexnika, süni intellekt və kiber təhlükəsizlik sektorlarında alış-verişə veto qoyma səlahiyyətini verir.
Hökumətə şirkət səhmlərinin 10% -dən çox olan alışları rədd etmək səlahiyyətini verən fərmanın, 2020-ci ilin sonuna qədər qüvvədə qalacağı gözlənilir.
Macarıstan da xarici satınalmalardan ehtiyat edir
Macarıstan, Almaniya və İtaliya kimi inkişaf etmiş olmasa da, rəsmi Budapeşt də, özəl sektora qoyuluşları milli təhlükəsizliyin bir hissəsinə çevirən başqa bir ölkədir. Qanuna görə, strateji əhəmiyyətli bir şirkətdən 10% -dən çox səhm almaq istəyən xarici investorlar hökumətin icazəsi üçün müraciət etməlidirlər.
Bunu suverenlik məsələsi olaraq görən hökumət bu qanunu hökumətin qərarı ilə qəbul etdi. Bu mühafizə qanunu hazırda müvəqqəti xarakter daşıyır və 2020-ci ilin sonunda qüvvədən düşəcəyi gözlənilir.
Çin şirkətləri ümumi təhlükəsizlik təhdidi olaraq
Avstraliyanın xarici satınalmalarına dair qanunda, miqdarından asılı olmayaraq bütün xarici satınalmaların 'Xarici Satınalmalara Nəzarət Şurası' tərəfindən yoxlanılması nəzərdə tutulmuşdur.
Hökumət tərəfindən qanunun hansı sahələri əhatə edəcəyi, qorunacaq sektorlar yalnız "həssas milli təhlükəsizlik sektorları" olaraq təyin olunduğu ilə əlaqədar açıq bir izahat verilməyib.
The Times yazır ki, İngiltərənin Baş naziri Boris Johnson tezliklə belə bir qanunu qəbul etməyi planlaşdırır. Nəzərdə tutulan tədbirlərə yerli şirkətlərin 25%-dən çoxunu hökumətə verməyə çalışan xarici şirkətlər və qaydalara əməl etməyən şirkət rəsmiləri müxtəlif sanksiyalarla üzləşirlər.
Bəzi ölkələrin hansı sektorları əhatə edəcəyinə dair qəti bir izahat verməməsi, strateji sektorlar anlayışının qeyri-müəyyən olmasına və gələcəkdə bütün sektorlara yayılmasına səbəb olur.
Başqa bir təəccüblü vəziyyət, əksər ölkələrin bu qanunları gücləndirərkən Çin şirkətləri vasitəsi ilə bir təhlükə qavrayışının olmasıdır. ABŞ-dan sonra Avropa və Sakit Okean ölkələrinin də Çin şirkətlərini və ya sərmayələrini təhlükəsizlik təhdidi olaraq təyin etməsi, Çinə qarşı cəbhənin genişləndiyinə və möhkəmləndiyinə işarədir.