MSolution 2026-cı ildə informasiya təhlükəsizliyi üzrə ISO 27001 sertifikatını əldə edib və eyni zamanda PCI DSS beynəlxalq təhlükəsizlik standartına uyğunluğunu uğurla yenidən təsdiqləyib.
FED.AZ xəbər verir ki, bu nailiyyətlər şirkətin yalnız kart məlumatlarının qorunmasına deyil, ümumilikdə informasiya təhlükəsizliyinin sistemli idarə olunmasına və dayanıqlı ödəniş infrastrukturunun qurulmasına verdiyi önəmi göstərir.
MSolution Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış ödəniş təşkilatı və texnologiya şirkəti olaraq ödəniş infrastrukturu, texniki inteqrasiya, avtomatlaşdırma və rəqəmsal transformasiya sahəsində fəaliyyət göstərir. Şirkət Visa, Mastercard və Google üzrə PSP tərəfdaşı kimi müxtəlif rəqəmsal ödəniş və proqram təminatı həlləri təqdim edir.
Şirkət, həmçinin, MultiPay brendi ilə dövlət və özəl sektor üçün ödənişlərin idarə olunması, toplanması, paylanması və inteqrasiyası üzrə həllər təqdim edir.
Həmçinin qeyd edək ki, MSolution yüksək əhəmiyyətli və mürəkkəb layihələrdə də iştirak edir. Şirkətin portfelinə Mobil Notariat, Elektron Hərrac Portalı, MyGov, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr istiqamətində layihələr, eləcə də digər dövlət yönümlü ödəniş və proqram təminatı həlləri daxildir.
Şirkət bildirir ki, əsas məqsəd təhlükəsiz, dayanıqlı və müasir ödəniş həlləri təqdim etməklə dövlət və özəl sektorun rəqəmsal transformasiyasına töhfə verməkdir.





![[red]MSolution[/red] ISO 27001sertifikatını əldə etdi və PCI DSS uyğunluğu yenidən - [red]TƏSDİQLƏNDİ[/red] | FED.az](upload/news/small/1894183.jpeg)
![[red]MSolution[/red] ISO 27001sertifikatını əldə etdi və PCI DSS uyğunluğu yenidən - [red]TƏSDİQLƏNDİ[/red] | FED.az](upload/news/small/2991935.jpeg)








