Kaspersky: Özünü izolyasiya dövründə video oyun həvəskarlarına qarşı hücumların sayı 54% artıb
FED.az xəbər verir ki, Kaspersky-nin statistikasına əsasən, 2020-ci ilin aprel ayında dünyada oyun mövzusuna aid yoluxmuş saytlara gündəlik giriş cəhdlərinin sayı yanvar ayı ilə müqayisədə 54% artıb. Çox vaxt təcavüzkarlar istifadəçilərin diqqətini cəlb etmək üçün Minecraft oyun adından istifadə ediblər. Bu ad 130 mindən çox hücumda iştirak edib. Bundan əlavə, Counter Strike: Global Offensive və The Witcher istismar olunan ən yaxşı 3 oyun adı arasında yer alır.
Eləcə də bax: "Kaspersky" kibertəhlükəsizlik üzrə silsilə - ONLAYN KONFRANSLARA BAŞLAYIR
Ən məşhur oyun platformalarından biri olan Steam-in adı da fəal istifadə edilib. Aprel ayında ona göndərişlər vasitəsilə fişinq səhifələrinə keçid cəhdlərinin sayı, fevral ayına nisbətən 40% artıb.
İstifadəçiləri cəlb etmək üçün "yem" sırasına populyar oyunların pulsuz versiyaları, yeniləmələr və genişləndirmələr barədə vədlər, habelə "çit kodlar" - kompyuter oyunlarında istifadə olunan saxta kodlar da daxil edilmişdir. Keçidlər vasitəsilə şifrələrin oğurlanması üçün istifadə olunan proqramlardan tutmuş fırıldaqçılar və "şaxtaçılara" kimi müxtəlif zərərli proqralmal yayılıb.
"Video oyun həvəskarlarına hücum etmək üçün kiber cinayətkarlara texniki cəhətdən mürəkkəb hücumlar icad etmək lazım deyil. İstifadəçilər oyunların pirat versiyalarını yükləmək və ya onları keçməyə kömək edən çit kodlar tapmaq istədikləri zaman onların işlərini görürlər," Kaspersky-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Mariya Namestnikova deyib.
“Hazırki situasiya ilə əlaqədar olaraq əksər insanlar uzaqdan iş rejiminə keçiblər və eyni cihazı həm korporativ şəbəkəyə qoşulmaq, həm də oyun oynamaq daxil şəxsi məqsədləri üçün istifadə edə bilərlər. Bununla bağlı çox diqqətli olmaq lazımdır: düşünülməmiş hərəkətlər nəinki istifadəçilərin şəxsi məlumatları və pullarını, həm də korporativ məlumatları təhlükə altında qoya bilər. Yaxşısı budur ki, bu məşğuliyyətlər ayrılsın: ayrı-ayrı cihazlarda işləmək və oynamaq daha yaxşı olar," deyə Kaspersky - Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Bu hücumlar barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://securelist.ru/do-cybercriminals-play-cyber-games-during-quarantine/97164/.
Kiber hücumun qurbanı olmamaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:
• oyun hesabını qorumaq üçün mürəkkəb uzun parollardan və mümkün olduqda iki faktorlu identifikasiyadan istifadə etmək;
• yadda saxlayın ki, təcavüzkarlar zərərli proqram yaymaq üçün tez-tez çit kodlardan və video oyunların pirat nüsxələrindən istifadə edirlər;
• kiber təhdidləri aşkarlaya, fişinq saytlarını bloklaya və zərərli səhifələrə keçidlərin qarşısını ala biləcək Kaspersky Security Cloud kimi etibarlı təhlükəsizlik həllindən istifadə edin;
• oyun zamanı qoruyucu həlli söndürməyin; onun daha az resurs istifadə etməsi üçün xüsusi oyun rejimini aktivləşdirə bilərsiniz.