Azərbaycanda influenserlər və blogerlərin reklam fəaliyyətinə dair bir sıra məhdudiyyətlər tətbiq olunur.
Yeni dəyişiklik onların cibinə - Necə təsir edəcək?
FED.az xəbər verir ki, bu, “Reklam haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, əvvəlki qanunvericilikdə influenser və blogerlərin fəaliyyəti dövlət nəzarətindən kənarda qalırdı. Nəticədə bu şəxslərin təqdim etdiyi reklamlarda çox zaman keyfiyyətsiz məhsullar insanlara təklif olunurdu.