Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”ndə - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, bu vəzifə Cahangir Atakişiyevə həvalə olunub.
Qeyd edək ki, C.Atakişiyev bundan öncə RİNN-də ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.
O, Bakı Dövlət Universitetində bakalavr və Bakı Slavyan Universitetində magistr təhsili alıb. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun “Korporativ idarəetmə” proqramının məzunudur.
Kommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik Cahangir Atakişiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.
“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı və 74-cü Beynəlxalq Astronavtika Konqresində RİNN tərəfindən kommunikasiya koordinatoru olub.
COP29 beynəlxalq tədbirində fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə İKT və rabitə sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir. (Apa)