Yanvarın 28-i dünyada Şəxsi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Şəxsi məlumatlar fiziki şəxsi müəyyən etmək üçün istifadə olunan məlumatlardır, yəni ad, soyad, ata adı, cinsiyyət, doğum yeri, ünvanı və ailə vəziyyəti. Buraya tibbi və ya əmlak məlumatları da daxil edilə bilər.
Top menecer və İT mütəxəssislər arasında anlaşılmazlıq 62% şirkətdə - BUNUNLA NƏTİCƏLƏNİR
FED.az xəbər verir ki, Kaspersky şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov istifadəçiləri ayıq-sayıq olmağa və təkcə yanvar ayında deyil, il boyu öz məlumatlarının mühafizəsi barədə diqqətli olmağı unutmamağa çağırır.
İnsan özü haqqında məlumatları yaymaqla sosial mühəndisliyin qurbanına çevrilə bilər. Nə qədər çox şəxsi məlumat təcavüzkarın əlinə keçərsə, fırıldaqçı ilə söhbət bir o qədər etibarlı görünə bilər. Belə ki, əgər sosial şəbəkələrdə tətilinizdən fotolar yerləşdirmisinizsə, sizə bank dəstəyi xidmətindən olduğunu bildirən bir nəfər zəng edərək “tətildə olduğunuz zaman kimsə bank hesabınızı sındırmağa cəhd edib” və ya “şübhəli xərclər qeydə alınıb” deyə və hesabınızın bağlanması üçün hesab məlumatlarını təqdim etməli olduğunuzu deyə bilər.
Şəxsi məlumatlar qohumları aldatmaq üçün də istifadə edilə bilər. Məsələn, qurbanın avtomobili haqqında bilən təcavüzkarlar, şəxsin yaxınlarından birinin qəzaya düşdüyünü iddia edərək onun adından zəng edə bilərlər. Eyni zamanda tibbi məlumatlarınızı ələ keçirən fırıldaqçılar israrla sizə zəng edə və "sərfəli qiymətlərlə" dərman təklif edə bilərlər.
Şəxsi məlumatları qorumaq üçün üç sadə tövsiyə
Həmişə məlumatları kimə ötürdüyünüzə, harada saxladığınıza diqqət yetirin. Təcavüzkarın məlumatlarınızı əldə etmək imkanı nə qədər az olarsa, onların bədxah əllərə düşmə ehtimalı bir o qədər az olar. Skan edilmiş sənədləri və ya telefon nömrələrini sosial mediada və ya bulud yaddaşında yerləşdirməyin. Məlumatlarınızı şifrələnmiş şəkildə paylaşın. Şəxsi məlumatların emalı ilə bağlı sənədləri imzalayarkən, operatordan onları niyə topladığını, üçüncü tərəflərə ötürmək və ya şəbəkəyə yükləmək niyyətində olub-olmadığlnı soruşun.
Sosial mediada məxfilik parametrlərinizi dəyişdirin. Bu paylaşımlarınızı kənar baxışlardan gizlətməyə kömək edəcək. İstifadə edilməmiş sosial media hesablarınızı silməkdə fayda var - bu, həm də məlumatların sızması ehtimalını azaldır. Bir çox xidmətlərdən sizin haqqınızda "bildikləri" məlumatları istəyə və onu siməyinizi xahiş edə bilərsiniz.
Hesab şifrələri yaratmaq üçün şəxsi məlumatlardan istifadə etməyin. Onu ələ keçirən təcavüzkarlar hesablarınıza daxil ola bilər. Hər bir hesab üçün güclü və müxtəlif şifrələrdən istifadə edin və ya şifrələrin seçilməsi ilə bağlı qayğılarınızı şifrə menecerinə - kompüter və mobil qurğular üçün həllə həvalə edin ki, vebsaytlarda və proqramlarda login və şifrələri təhlükəsiz saxlamağa və daxil etmək imkanı əldə edəsiniz.