Son illər sürətlə populyarlaşan və artıq həyat tərzimizə çevrilən sosial şəbəkələr bütün sahələrə olduğu kimi, mətbuaın işinə və media biznesinə də təsirini göstərib. Artıq ənənəvi media operativliyə görə, milyonlarla üzvü olan sosial şəbəkələrdən geri qalır. Medianın ənənəvi gəlir mənbələri də azalır və bu pullar artıq «Feysbuk», «Tvitter» və «İnstaqram» kimi şəbəkələrə yönəlir. İlk baxışdan təbii və dönməz görünsə də ənənəvi media təmsilçiləri bu vəziyyətlə barışmaq istəmir və situasiyanı dəyişmək üçün yollar arayırlar. Bu mövzu artıq iki ildir ki, ənənəvi olaraq Avstriyanın paytaxtı Vyanada hər il keçirilən Avropa Qəzetçiləri Konqresində (European Newspaper Congress) diqqət mərkəzində olur. Avropa Qəzetçilər Konqresinin təsisçisi Yohan Oberauer (Johann Oberauer) FEDaz-a müsahibəsində bildirir ki, sosial şəbəkələr nə qədər güclü görünsə də, onların mənfi təsirlərinə qarşı reseptlər var.
- Cənab Oberauer, sizcə ənənəvi mətbuat sosial şəbəkələrin yaratdığı problemi necə həll edə bilər? Çünki hazırda mətbuatın özü də məhz sosial şəbəkələrdən istifadə edir.
- Biz uzun müddət bunu müzakirə etdik və sonda qərara gəldik ki, rəqəmsal jurnalistika həll yolu deyil, çünki jurnalistika, mətbuat bundan pul qazana bilməyəcək. Ola bilər ki, rəqəmsal jurnalistika bəzi hallarda işləyir və gəlir gəirə bilir. Amma ümumilikdə götürəndə bu belə deyil. Ümumilikdə, internetin mövcüd olduğu 20 il ərzində, internetin olması bizim problemləri həll etməkdənsə bizə problem yaradıb.
Eləcə də bax: Reklamları məsafədən ölçəcəyik - MÜSAHİBƏ
- Bunlar hansı problemlərdir?
- İnternetin meydana çıxması, qeyri-çap, yəni rəqəmsal medianın inkişaf etməsi nəticəsində jurnalistikanın pul qazanması daha da çətinləşib. Bizim gəlir imkanlarımız, pul qazanmaq imkanları azalıb. Bizim qəzetlərin sayı və orada yerləşdirilən reklamlar bol idi. İndi isə yox.
İnternet əsrində reklamla qəzetçilik əvvəlki kimi doğma deyil, onlar ayrılıblar. Hazırda qəzet reklamı üçün daha az pul ayrılır, əvəzində indi reklam daha çox internetdə işləyir.
- Bəlkə ona görə ki, internet reklamı daha effektlidir?
- Bəli, iş elanları, əmlak elanları və ya avtomobil satışı elanları internetdə daha səmərəlidir, nəinki qəzetlərdə. Nəticədə biz indi bu gəlirlərdən də məhrum olmuşuq.
Keçmişdə, intenet olmayanda biz iş elanlarından yaxşı vəsait qazanırdıq, internetin ortaya çıxması ilə isə biz bu gəlirləri də itirmişik.
Mən Qərbi Avropadakı qəzetlərdən danışıram – bu vəziyyət Almaniya, Avstriya və İsveçrədə də belədir.
Məsələn, 100 səhifəlik, «Süd Döyçinq Tsaytunq» və ya «Frankfurt Alqemayninq tsaytunq» kimi çox məşhur qəzetlərinin səhifələrinin 70-ə qədəri elanlara həsr olunmuşduv ə bu onlara yaxşı gəlir gətirirdi. Bu böyük biznes idi və bundan da keyfiyyətli jurnalistika maliyyələşirdi.
İndi isə bütün bu reklam və onunla bağlı biznes internet mətbuatındadır.
Dəyişikliklər mətbəələrin də işinə ciddi təsir edib. Çünki çap işinə ehtiyac azalıb, mətbəəyə ehtiyac yoxdur. Buna görə də bu vəziyyətdən mətbəələr də itirirlər. Halbuki onlar jurnalistikanın inkişafı üçün böyük rol oynayırdılar. Yəni bu problemin bir tərəfidir.
- Bəs digər tərəfi hansıdır?
- İkinci tərəfi isə odur ki, sosial media çıxdıqca, jurnalistlərin nəzarət funksiyaları azalır. Məsələn ABŞ prezidenti hər hansı hadisə ilə bağlı xəbəri «Tvitter»də özü paylaşır. Nəticədə jurnalistin məlumatı əldə etmək eksklüzivliyi itir - bu xəbər artıq Tvitterdə varsa, hamı götürüb yazacaq.
Jurnalistlərin nəzarətçi funksiyası vardı – yəni onlar məlumatı alanda yoxlayır, onun doğru olub olmadığını dəqiqləşdirirdi. İnd isə onlar bu fnksiyanı itirirlər, çünki indi hər şey sosial şəbəkələrdədir. Xəbərlər də onlardan asılı olmayaraq yayılır.
Başqa sözlə, internet və sosial şəbəkələrin yayılması ilə jurnalistlər əvvəlcə öz gəlirlərindən, sonra isə nəzarətçi – dəqiqləşdirici funksiyalarından məhrum oldular.
- Sizcə ənənəvi jurnalistika bu itirdiklərini geri qaytara bilərmi? Əgər bu mümkündürsə onda necə?
- Biz bu barədə fikirləşməliyik. Həqiqətən də çətin bir vəziyyətdəyik. Bəlkə də bu məsələdə mətbuata siyasətçilər, dövlət yardım edə bilərlər. Məsələn, dövlətin bu sahəyə vəsait ayırması mümkün ola bilər. Bu maraqlı məqamdır.
İkinci məsələ, jurnalistlərin nəzarət funksiyasını itirməsi. Məsələn, ABŞ-da keçiriln sonuncu prezident seçkiləri və Trampın prezident seçilməsindən sonra insanlar anladılar ki, onların hələ də jurnalistlərə ehtiyacı var. Jurnlistlər ayrıd etsinlər ki, onların preidenti yalan, yoxsa doğru danışır. Bu da jurnalistlərin nəzarətçi funksiyasına aid olan məsələdir.
- Demək istəyirsiniz, «nəzarətçi-jurnalistlərə» tələbat yenidən yaranır?
- Bəli, bu doğrudan da yeni bir məsələdir ki, jurnalistika, artıq nəzarətçi kimi geri qayıdır. Məsələn, kənarda olan adi bir insan heç vaxt yoxlaya bilməz ki, onların siyasətçilərinin dediyi söz doğrudur, yoxsa yalandır. Və artıq jurnalistlərin köhnə nəzaətçi funkisaylarının yenilənərək həyata qayıtması vacib məsələdir.
Biz əvvəllər fikirləşirdikk ki, artıq jurnalistlərin nəzarət fuknksiyasına ehtiyac yoxdur, o ölüb, amma son hadisələr göstərdi ki, artıq bu funksiyaya ehtiyac var. Hər halda demokratik ölkələrdə buna ehtiyac var.
Nəhayət üçüncü məsələ: baş verən hər bir hadisə, hər bir xəbər Feysbuk və Tvitterdə yayılanda mediada mövcud olan qaydalara riayət olunmalıdır.
- Əslində bu qaydaya da əməl olunmur, eləmi?
- Bəli. Məsələn, hazırda həm Feysbuk, həm də Tvitterdə yalan, nifrət dolu bir sıra məlumatlar dərc edilir. Və bu bizim cəmiyyətlərimizi narahat edir. Yəni başqa sözlə, sosial şəbəkələrdə insanlara nifrət, hətta öldürmək həddinə çatdırmaq kimi məlumatlar yayılır. Halbuki, onlar yayılmamalıdır. Ona görə də mən deyirəm ki, buradakı məlumatlar yayılan zaman adi mediadakı qaydalar gözlənməlidir. Bizə sosial şəbəkəərlə bağlı yeni qaydalar lazımdır.
- Sizin çıxışınızda da deyildiyi kimi, nə Feysbuk, nə də «Tvitter» belə sərbəstliyi əldən vermək istəməzlər. Onların bu təklifə «yox» deyəcəyi təqdirdə siz nə etmək niyyətindəsiniz?
- Bu çox asandır. Bizdə azad mətbuatdır orada jurnalistlər çalışırlar və onlar müəyyən qaydalar çərçivəsində işləməlidirlər. Məsələn onlar yalan yaza bilməzlər, onlar deyə bilməzlər ki, sizi öldürmək lazımdır. Əgər onlar bu qaydaları pozurlarsa böyük problemlərlə üzləşirlər. Bizim mətbuat azaddır amma buna baxmayaraq insanlar hamıya hörmət qoymalıdırlar.
Almaniyada yeni qanun layihəsi var ki, Feysbukda yazılanlara görə də məsuliyyət müəyyən olunub.
- Hansı mexanizm, rəqəmsal mexanizm nəzərdə tutursunuz ki, qəzetlərin yaydığı keyfiyyətli xəbərlər, digər dəqiq olmayan xəbərlərdən fərqlənə bilsin?
- Bunun üçün ilk növbədə jurnalistika yüksək səviyyədə olmalıdır. İkincisi onlar elə modellər tapmalıdırlar ki maliyyələşmə əldə edə bilsinlər. Yəni burada vahid yol yoxdur. Avropanın hər bir ölkənin üz üsulu var.
Və sonda. Çox mühüm məqam, bz əvvəl elə fikirləşirdik ki, beynəlmiləl şirkətlərdir, böyük şəbəkələrdir, bunlar beynəlxalq qurumlardır və biz onlara qarşı heç nə edə bilmərik, amma sonra başa düşdük ki, onlar eyni zamanda bizim ölkəmizdə fəaliyyət göstərdiklərinə görə, bizim ölkələrimizin qanunlarına əməl etməlidirlər. Amerikasayağı həyat və amerikasayığı hörmət anlayışı bizimkindən fərqlənir, biz onu da başa düşdük. Bizim üçün bizim həyat tərzimiz daha mühümdür nəinki onlarınkı. Və biz ABŞ şirkətlərinə deyil, öz ölkəmizə xidmət etməliyik.
- Siz bildirirdiniz ki, jurnalistlərin pul qazanmaq qayğısından azad etmək və onların rahat, obyektiv işləməsini təmin etmək üçün onlara siyasətçilər və hökumətlər dəstək verməlidir. Bəs belə olan halda söz azadlığı, mətbuatın müstəqilliyi təhlükə aldına düşməyəcəkmi?
- Doğru sualdır. Amma bu yalnız o zaman baş verə bilər ki, biz buna imkan verək. Yəni mətbuatın diər qurumlardan asılılığı yaranacaq. Məncə biz bunun qarşısını almaq üçün mexanizmlər tapa bilərik. Biz Avropada siyasətçilərin dəstəyini qazanmalıyıq, çünki bizim onların maliyyəsinə, vəsait ayırmasına ehtiyacımız var. Söhbət hal hazırdan və hər bir qəzetdən getmir. Amma ümumilikdə, gələcəkdəki böyük perspektivdə bunu eləmək lazımdır.
«Feysbuk həm pulumuzu, həm də işimizi əlimizdən alır» - MÜSAHİBƏ
14:23
6 İyun 2018