Bloqqerlərin reklam statusları artıq alıcılara təsir etmir. Artıq iri şirkətlər, Uber-dən tutmuş Netflix-ə qədər iri brendlər Z nəslinin nümayəndələrinin diqqətini cəlb etmək üçün fərqli üsullar axtarırlar.
FED.az «Bloomberg»ə istinadən xəbər verir ki, bu sahədə yeni, daha təsirli üsul - memlərdir. «Bloomberg» yazır ki, iri şirkətlər ənənəvi olaraq reklam işinə diqqətlə yanaşırlar, amma Z nəslinin diqqətini çəkmək üçün özlərinə gülməyə də hazırdılar. Ona görə də artıq bloqqerlərə müraciət etmirlər. Çünki yeniyetmələr memləri daha çox sevir.
Eləcə də bax: Facebook reklama - MƏHDUDİYYƏT QOYACAQ - AÇIQLANDI
Qeyd edək ki, Z nəsli, hansı ki, 7-22 yaşları əhatə edir, dünyadakı istehlakçıların böyük hissəsini təşkil edir. Təkcə ABŞ-da belələrinin alıcılıq qabiliyyəti ildə 143 milyard dollardır.
Memləri olan akkauntlar, yeniyetmələr arasında ən populyar sosial şəbəkə olan Instagramın sürətlə inkişaf edən hissəsidir.
Əvvəllər brendlər gənclərin diqqətini inflüenserlərin reklam postları ilə cəlb etmək istəyirdilər. Markets and Markets-in məlumatına görə bu bazarın həcmi hazırda 5,5 milyard dollardır (şirkət proqnoz edir ki, 5 ildən sonra bu rəqəm 22,3 milyard dollar olacaq). Amma bloqqerlərin reklam postları çox olduğuna görə artıq onlar yeniyetmələrə təsir etmir, sonuncular belə postlara inanmırlar.
Belə vəziyyətdə sarkastik memlər daha yaxşı təsirə malikdir. İnflüenserlərin «ütülənmiş» cümlələrindən fərqli olaraq memlər yeniyetmələrlə öz dillərində danışırlar. «Adi bloqqer hansısa pomadanın alınması üçün post bölüşə bilər. Amma yeniyetmələrin bunu öz 20 dostu arasında bölüşəcəyi şansı çox azdır»-deyə ekspertlər bildirir.
«Facebook» və «Instagram»da pullu memlərin yerləşdirilməsi auditoriyanın 30%-ni cəlb etməyə imkan verir, ənənəvi postlarda və reklamlarda isə bu göstərici 1%-15% arasındadır. Bundan başqa, məşhur bloqqerin reklam postu ilə müqayisədə memlər 60% daha ucuzdur.
Memlərdən ilk istifadə edənlər «Bumble» və «Hinge» şirkətləri olub. Vaxt keçdikcə JetBlue Airways və Budweiser şirkətləri də istehzalı kontentə pul yatırmağa başlayıblar.
Ekspertlər deyir ki, iri şirkətlər bloqqerlərin cümlələrində hər vergülə nəzarət edirlər, amma memlərdə özlərini fərqli aparmalı, vəziyyəti axarına buraxmalı və müəlliflərə etibar etməli, daha çox sərbəstlik verməlidirlər.
Amma «mem»lərin də problemləri çıxır. Bəzən onların zarafatlarında plagiat tapırlar. Bu səbəbdən Instagram bəzi mem akkauntlarını bağlayıb.