Küçədə yaxınlaşdığınız birindən və ya bir çox insandan soruşun “Niyə Google, Twitter, Facebook pulsuzdur” və görəcəksiniz ki, insanların çoxu bunun cavabını bilməyəcək. Bəziləri isə reklam üçün deyib ötüşdürməyə cavab vermş kimi görünməyə çalışacaq. Burada cavab doğru olsa da məsələ boş bir reklam göstərmək qədər sadə deyil. Kaş ki, elə olaydı.
ELƏCƏ DƏ BAX: Azərbaycanda yeni sosial şəbəkə yaradıldı
Bir adam mağazadan qızına göndərilən broşürlər və hədiyyə kuponlarını görəndə çox əsəbləşdi, çünki hər şey hamiləlik ilə bağlı idi, amma onun qızı hələ məktəbli idi, hamilə olması bir yana, bunlarla maraqlanması mümkün deyildi və ata mağazaya şikayət edir. “Qızımı hamiləliyə şirnikləndirirsiniz, o hələ məktəblidir” və sair və ilaxır. Bütün əsəbini boşaldıb yenidən evə qayıdır və bir neçə gün sonra qızının hamilə olduğunu öyrənir. Bu acınacaqlıdır. Kişi mağazadan üzr istəyir, amma mağaza qızın hamilə olduğunu necə öyrənmişdi? Sualın cavabını çox insan bilmir.
Mağaza müştəri profillərini yaratmaq üçün xüsusi analizlər edirdi. Bu analizərdən biri də hamiləliyin təxmin olunmasl alqoritmi idi. Alqoritm, hamilə qadınların, xüsusilə də üç ayından etibarən maqnezyum və çinkoya sahib məhsullar almasını və qoxusuz losyonlar seçməsini analiz etmişdir.
Bu məlumatları kredit kartı çıxarışları ilə müqayisə edən alqoritm, bir qadının hamilə olub olmadığını ayırd edə bilirdi. Özü də yüksək doğruluq payı ilə.
Amerikadakı “Target” adlı bu mağaza 2013-cü ildə hekləndi və 110 milyon müştəri profili oğurlandı.
“Acxiom”, “Epsilon”, “RapLeaf”, “Flurry”, “BlueKai”. Bunların adlarını yəqin ki, ilk dəfədir eşidirsiniz? Bunlar şirkətlərdir. Hansı ki qiyməti yüz milyardlarla dollar olan analizləmə sektorunun ən böyük dəllarlarıdırlar. Onların işi bizi izləmək, məlumatlarımızı toplamaq, analiz etmək və reklamçılara satmaqdır. “Youtube” buna süni zəka deyir.
Hansı məlumatları toplayırlar? deyə düşünürsünüzsə: hara qədər öyrənə bilərlərsə hamısını. Aktiv hesablar: bank hesabları, kredit kartı çıxarışları, mobil operatorlar, üzv olduğunuz cəmiyyətlər, maraqlandığınız işlər və sizin bütün şəxsi həyatınız. Hətta qadınlar ilə olan münasibət belə. Yəqin ki, belə vəziyyətdə qarşısınıza cinsiyyət orqanları ilə bağlı reklam çıxıb.
Əlavə olaraq, sizin hazırda istifadə etdiyiniz mobil operator, sizin məlumatlarınızı istədiyi kimi satır. Bu səbəbdən sizə reklam mesajları gəlir, həmçinin bankınız da. Təəssüf edirəm.
Məsələn, “Acxiom” şirkətinin arxivində bütün dünyadan 700 milyondan çox insanın şəxsi məlumatlar var. Onların içində siz də varsız. Ölkə olaraq ən yaxşı yemik. Bizim xüsusi 13 xanalı bir kodumuz var. Bu kodlar hər biri fərqli insanların profilləri olduğu 70 qrupdan ibarətdir. Məsələn bu qrupun adı grip-dir. İçində min nəfər var. Sən də oradasan və sadəcə gripsən.
Yaxud başqa qruplar. Hər bir qrup bir xüsusiyyətə görə ayrılır. “Xərçəng xəstələri”, “Narkomanlar”, “Əyyaşlar”, “Təzə əməliyyat olanlar”
Belə xəstəliklərlə bağlı olan qruplar, profil topluları xəstəxanalara satılır. Məsələn “MedBase200” adlı şirkət 1000 nəfərdən ibarət profili 80 dollara satır.
Məlumat dəllallarının topladığı bu məlumatlar bir çox pulsuzdur deyə yüklədiyiniz proqramlardan qazanılır. “Angry birds“, “Candy crush“, “Fruit ninja” kimi pulsuz populyar oyunlar niyə sizdən lokatsiya və əsəs məlumatlar istifadə etmək üçün icazə istəyir. Bunu düşünmüşünüzmü?
Milyonlarla insanların oynadığı bu oyunu hazırlayan şirkətlər pulu haradan qazanır? Niyə “Google” illərdir üstündə işlədiyi məhsulları pulsuz paylayır? Bəs Twitter? Fb? Insta?
“Facebook” heç biri gəliri olmayan “İnstagram”ı bir milyard dollara alması nədir?Bu sualın cavabı açıqdır. Onlar bu proqramlardan yox, onları istifadə insanlardan pul qazanır. 2018-ci il məlumatlarına görə tvitterdə bir profilin dəyəri 48 dollardır. “Fb”da 253, “Google”da 359, “Amazon”da isə 1 793 dollardır. Qəribə deyil ki, “Amazon” noyabr ayında hazırlanan “istifadəçilərin şəxsi məlumatlarını qorumaq” haqqında sazişə imza atmadı.
Nə qədər çox istifadəçi o qədər çox məlumat. Bizim şəxsi məlumatlarımız firmalar üçün təkrar-təkrar satılacaq reklam qaynağıdır. Bizim məlumatlarımızı sataraq “Google” dünyanın ən böyük 2-ci firması oldu. “Google” həm öz məhsulları, həm də satın aldığı məhsullar və məlumat dəllalları vasitəsi ilə bizi bizdən yaxşı tanıyır. CEO-sunun da dediyi kimi “İndi harada olduğunuzu və az-çox nə düşünüdüyünüzü bilirik.”
bildirchin.az
Bir şey pulsuzdursa – MƏHSUL SƏNSƏN
19:16
19 Noy 2018