Bank of Baku inkişaf strategiyasına uyğun olaraq innovativ texnologiyaların tətbiqini məhsul və xidmət sahələri ilə yanaşı, daxili idarəetmədə də həyata keçirir.
FED.az xəbər verir ki, bu istiqamətdə Bank of Baku tərəfindən atılan uğurlu addımlardan biri də bankın insan resurslarının idarə edilməsində “RPA-Robot”la proseslərin avtomatlaşdırılmasından istifadə olunmasıdır. Müasir insan resurslarının idarəedilməsi sisteminin bir hissəsi kimi tətbiq olunan süni intellekt dəstəkli və “HRobot” adı verilən robot vasitəsilə bank daxilində insan resurslarına dair proseslər daha çevik şəkildə icra edilir.
Qeyd edək ki, bu texnologiya insan resursları sahəsində təkcə operativlik baxımından deyil, eyni zamanda, proseslərə dair müəyyən risklərin idarə edilməsi və işçi məmnuniyyətinin artırılması baxımından da üstünlüklər vəd edir.
“HRobot” insan resurslarında çalışan əməkdaşlar üçün vaxt qənaəti yaradır və əməkdaşları gündəlik texniki tapşırıqlardan azad edərək daha çox insan-mərkəzli fəaliyyətlərə — kommunikasiya, işçi dəstəyi, işçi təcrübəsinin yaxşılaşdırılması kimi istiqamətlərə fokuslanmağa şərait yaradır.
Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi










