15-16 may 2024 tarixlərində JW Marriott Absheron Baku otelində keçirlən "GSMA M360 Eurasia 2024" konfransı başa çatıb.
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını - TƏQDİM ETDİ
FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbirdə mobil texnologiyalar, AI, bulud və digər rəqəmsal innovasiyalar, 5G, rəqamsal transformasiyanın inkişafı və kibertəhlükəsizlik kimi bir neçə İKT sahəsinin vacib üsürləri haqqda panel müzakirələr edilib.
Qeyd edək ki, GSMA M360 Eurasia 2024 konfransı siyasi və tənzimləyici liderləri, mobil və rəqəmsal sahədə əsas korporasiyaların icraçılarını bir araya gətirib.
Tədbirin bağlanış günü “Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını müzakirə edib.
"İlk ESG hesabatımız hazırdır və bizim rəsmi internet səhifəmiz vasitəsilə hər kəs bu hesabatla tanış ola bilər. Hər bir Azercell əməkdaşı korporativ məsuliyyətli vətəndaşdır. Biz Azercell olaraq azad olmuş ərazilərdə alternativ enerji mənbələrinin istifadəsi üçün çalışırıq. Qarabağda 37 yaşıl baza stansiyası işə salmağı planlaşdırırıq" - deyə Şirin Əliyeva bildirib.
Qeyd edək ki, hazırda Azercell-in azad edilmiş ərazilərdə günəş enerjisi ilə çalışan baza stansiyalarının sayı artıq 15-ə çatır, ümumi ölkə üzrə isə 17-yə.
“Biz yaşıl ofis strategiyasını istifadə edirik, əksər ofislərimizdə Led işıqlar istifadə etməyə, təkrar istehsal olunmuş kağızlar işlətməyə çalışırıq. Tullantıların həcmini 3 dəfə azaltmağa müvəffəq olmuşuq. Biz bu istiqamətdə fəaliyyətmizi davam etdiririk.”-deyə Şirin Əliyeva məlumat verib.
Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar Departamentinin rəhbəri Rəna Hümbətova kofrans zamanı çıxışında 2050-ci ilə qədər isə emissiyaların 40%-ə qədər endilməsi hədəfini dilə gətirib.
"Bərpa olunan enerji sahəsinə investisiya planları var. Ötən il böyük bir günəş paneli layihəsi təsdiqlənib və ə hal-hazırda bu layihə həyata keçirilməkdədir. Bu yaşıl enerjiyə keçidə imkan verəcək. Davam edən layihələr barədə yaşıl gündəlikləmiz çox zəngindir. Biz bu layihələri çox yüksək nəticələrlə həyata keçirməyə çalışırıq. Biz layihələrimizi 2030-2050-ci illərə qədər həyata keçirməyi planlaşdırırıq” deyə Rəna Hümbətova vurğulayıb.
Kofransın gedişində Azərbaycanda olan mövcud vəziyyətlə bağlı digər mötəbər qurumların vəzifəli şəxsləri öz fikirlərini bölüşüb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İnformasiya texnologiyaları departamentinin direktoru İslam Bağırzadə ölkədə ən çox provayderin Bakıda olduğunu söyləyib. Bakıda 109 provayder fəaliyyət göstərir.
Ölkənin interetlə təchizatı ilə bağlıda maraqlı ifadələr səsləndirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyevin sözlərinə görə ölkə ərazisinin 78%-nin internetə çıxışı var. Fiber optik infrastruktur bütün regionları əhatə edir. Son iki il ərzində bütün ölkə üzrə internetin sürəti 92% artıb.
Başqa bir maraqlı statistikanı kofrans iştirakçıları ilə bölüşən “Azercosmos”un sədr müavini Fuad Aslanov bildirib ki, “Azercosmos” yeganə peyk idarə edən şirkətdir. Şirkət hal-hazırda 50 ölkədə müxtəlif xidmətlər göstərir. Afrika, Yaxın Şərq, Orta Asiya və Qərbi Avropada da xidmətlər təqdim edir. Peyk kommunikasiya bazarı 20 milyard dollar dəyərindədir. 2032-ci ildə bunun 123 milyard dollara çatacağı düşünülür.
Nəticə olaraq, GSMA M360 Eurasia 2024 2 gün ərzində 15 və 16 may tarixlərində rəqəmsal dünyanın inkişafına dair ən son yenilikləri təqdim etdi. Bu tədbir, rəqəmsal kommunikasiyanın gələcəyini formalaşdırmağa kömək edəcək.
GSMA M360 Eurasia 2024, rəqəmsal inkişafın mərkəzi olaraq bölgədəki təşkilatlar üçün əsaslı bir platforma rolunu oynadı.