Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv olan müəssisə və təşkilatların sayı artır.
FED.AZ xəbər verir ki, yaxın günlərdə telekommunikasiya sahəsində uzunillik təcrübəyə və ölkə üzrə geniş şəbəkə əhatəsinə malik olan “Aztelekom” ATİB-ə üzv olub.
Bildirilib ki, ATİB-ə üzvlük şirkətin biznes əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və korporativ əməkdaşlıqların inkişafı baxımından mühüm addımdır. Həmçinin şirkətə müxtəlif sahələr üzrə fəaliyyət göstərən çoxsaylı biznes tərəfdaşları ilə daha yaxından əməkdaşlıq etmək imkanı verəcək.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında iş adamları arasında körpü rolunu oynayan, eləcə də iqtisadi-ticarət əlaqələrini gücləndirilməsi sahəsində xüsusi xidmətləri ilə seçilən ATİB ölkənin ən uzunmüddətli və biznes üçün faydalı ictimai biliklərindən biridir.
2004-cü ildən fəaliyyətə başlayan ATİB iş adamlarını bir araya gətirmək və biznes imkanlarını inkişaf etdirmək, biznes əlaqələrinin qurulması üçün qarşılıqlı əməkdaşlığı və koordinasiyanı təşviq edir













