Azərbaycanda fevral ayı üzrə ən planşet barında ən çox paya malik olan mobil şrikətlərin adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri protalı “Statcounter” beynəlxalq şirkətinə istinadən xəbər verir ki, 10 marka içərisində Azərbaycanda ən çox istifadə olunan “Samsung” olub. “Samsung”un Azərbaycandakı payı 73,79% təşkil edib.
Bu göstərici əvvəlki ay ilə müqayisədə 2,69 faiz bəndi az , ötən ilin fevral ayı ilə müqayisədə isə 22,49 faiz bəndi çoxdur.
“Apple” 11,73% pay göstərici ilə ikinci pillədə qərarlaşıb. Şirkətin planşet bazarında Azərbaycan üzrə payı aylıq 1,69 faiz bəndi artıb, illik 21,37 faiz bəndi artıb.
“Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 0,1 faiz bəndi artaraq, illik isə 1,83 faiz bəndi azalaraq 5,49 %-ə bərabər olub.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,39 faiz bəndi, illik isə 0,35 faiz bəndi artaraq 4,7 %-ə yüksəlib.
İlk beşliyə 2,9 %-lik bazar payı ilə “Honor” daxildir. Onun bazar payı aylıq müqayisədə 0,56 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,62 faiz bəndi artıb.
“Huawei” Azərbaycandakı payını aylıq 0,03 faiz bəndi, illik 0,19 faiz bəndi artıraraq 0,97%-ə çatdırıb.