Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İKT

  1. Ana səhifə
  2. İKT
  1. İKT

Azərbaycanda nə supermarketlər, nə də restoranlar - ONLİNE SATIŞA – HAZIR DEYİLMİŞ

Azərbaycanda nə supermarketlər, nə də restoranlar - ONLİNE SATIŞA – HAZIR DEYİLMİŞ | FED.az
10:58 4 Aprel 2020

Dünyada koronavirus pandemiyasının miqyası genişləndikcə, elektron ticarət platformalarının da aktivliyi artır. Bu tendensiya Azərbaycanda da elektron ticarətə meyllənən vətəndaşların sayını artmaqdadır. Lakin müşahidələr göstərir ki, ölkəmizdə elektron ticarət sistemi bu vəziyyətə hazır deyilmiş.

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov FED.az-a bildirib ki, Azərbaycanda “online” ticarətin həcmi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə müqayisədə çox aşağıdır: “Nəinki elektron ticarət, ümumiyyətlə, insanların kartla xərcləmələri belə çox aşağı səviyyədədir. Koronavirus səbəbindən yaranmış karantin rejim yerli sahibkarları çətin vəziyyətdə saxlayıb. Onların bir çoxu artıq fəaliyyətlərini dayandırıb, “online” həlləri yoxdur”.

Mütəxəssisin qənaətincə, ölkədə elektron ticarətin virusa qədərki inkişaf tempi çox ləng olub: “Çünki insanlar əsla düşünmürdü ki, bir gün “online” ticarət onların köməyinə çata bilər. Nə logistika, nə də doğru-düzgün ödəmə sistemlərimiz var. Azərbaycanda “online” ticarətin yalnız elektron məhsullar satan qolu inkişaf edib. Bu da rəqabətlə  əlaqədardır. Bu sahədə çox ciddi rəqabət olduğu üçün onlar artıq fiziki mağazalardan internet mağazalarda satışa fokslanıblar. Yalnız bu sahədə rəqabətin olduğunu deyə bilərik. Qida məhsullarının, geyim və aksesuarların “online” çatdırılması ticarətinin inkişafı da çox aşağıdır. Bir sözlə, elektronikadan kənar digər sahələr o qədər də inkişaf etməyib”.

Nicat Manafov supermarketlərin “online” qida çatdırılmasına hazır olmadığını da deyib: “Bu gün bu xidməti hazırlaya biləcək bir sistem olsa belə, supermarketlər bu sistemlərə kataloq verə bilmirlər. Yəni yenilənmiş qiymətlər yoxdur, məhsulların şəkilləri yoxdur, məhsulların adları kataloqlarda səhvdir. Bu kimi nüanslar supermarketləri nə öz mağazalarını açmağa, nə də kimləsə əməkdaşlıq etməyə imkan verir.  Əməkdaşlıq etsələr belə, aldıqları məhsulların adların səhv görmüş olacaqlar. Fikir versək, hazırda bəzi “online” mağazalarda müəyyən məhsulların adları səhv yazılıb, bəzilərinin də şəkilləri yoxdur və ya kataloqlarda çox az məhsul var. Halbuki bir müştəri mağazaya gedirsə, ortalama 37 min məhsul arasından seçim edə bilər. Bəzən müştərinin “online” seçdiyi məhsul səhv gəlir. Bu zaman da məhsulun qaytarılmasında çox ciddi sıxıntılar yaşanır. Bu da xüsusən qida və ərzaq çatdırılmasında öz mənfi tərəfini göstərir”.

Ekspert bazarda olan lojistika şirkətlərinin fəaliyyətinə də toxunub: “Bu şirkətlər elektron ticarətlə məşğul olmaq yerinə, lojistika həllərinə fokslansalar yaxşı olardı. Məsələn, necə etmək olar ki, həm sahibkarlara, həm əhaliyə xidmət verək? Amma onların bir çoxu internet mağaza fəaliyyətinə fokslanıblar. Bu mağazalarda da 10 manata olan malın 5 manatlıq da çatdırılma xidməti olur ki, bu da nə sahibkara, nə də alıcılara sərf edir”.

Bankların yaratdığı şərait əhalini kart istifadəsindən uzaqlaşdırıb

Nicat Manafov hesab edir ki, bankların yaratdığı şərait əhalini kart istifadəsindən uzaqlaşdırıb: “İnsanlar kartı ancaq ATM-dən pul çəkmək üçün istifadə edirlər. Belə olan halda elektron ticarətin inkişafından söhbət gedə bilməz. Çünki qapıda ödəmə bir elektron ticarət vasitəsi deyil və bu çox risklidir. Çünki çox vaxt o insanlar aldıqları məhsulu açmırlar, şirkət o məhsulu müştərinin qapısına qədər gətirməklə zərərə gedir, kuryer orada gözləməli olur və sair. Məhsul “online” ödəmə ilə alındığına görə, problem olarsa və mal qaytarılırsa, pulun qalığın tapmaq da olmur”.

Mövcud situasiyaya görə, pul ən çox virusu yayan alətlərdən biridir. Azərbaycanda insanların bir çoxunun kartında ümumiyyətlə, pul yoxdur: “Qapıda ödəmədə belə pulla ödəniş edilir. Bunun isə müştərinin mağazaya düşməsindən çox da fərqi olmur. Bir sözlə, bu, elektron ticarət deyil. Bu kimi nüanslar elektron ticarətin inkişafını səngidir”.

“Online” restoranların da ciddi problemləri var

Analitik restoranların “online” şəkildə yemək sifarişlərinin çatdırılması sahəsində də bir sıra problemlərin olduğunu diqqətə çatdırıb: “Əhalinin restoranlardakı təmizliyə güvənsizliyi, o cümlədən kuryerin özünün təmizliyi kimi məsələlər əhalini restoranlardan məhsul almaqdan çəkindirir. Ona görə də əhali yeməkləri evdə hazırlamağa üstünlük verir. Yaxşı ki, bu gün belə şeylərə tələb azdır. Çünki mövcud olan 5-6 şirkət qida çatdırılmasın da edə bilməzdi. Yəni həmin şirkətlər hazırda sifariş az olduğu üçün bazarda fəaliyyət göstərə bilir. Burada çatdırılma qiyməti də önəmli rol oynayır, bu xidmətlər heç də ucuz deyil və Bakının cəmi bir neçə bölgəsini əhatə edir”.

Problem yaradan tərəflərdən biri banklardır

Nicat Manafov mövcud situasiyada üçtərəfli problemin olduğunu deyir: “Burada başlıca problem sahibkardır. Çünki o, elektron ticarətə ciddi yanaşmır və düşünür ki, hazırkı komandası ilə 5-10 günə elektron mağaza hazırlaya bilər. Hansı ki, bir elektron mağaza üçün ortalama 6-8 ay arası vaxt lazımdır ki, hazırlıq və inteqrasiya işləri görünsün.

İkinci, Azərbaycanda olan lojistika şirkətləri vəziyyəti çox bərbaddır, adi texnologiyadan düzgün istifadə etmirlər. Çatdırılmanı çox yüksək qiymətə həyata keçirirlər, yetərsiz personalı var, müştərilərinə çox laqeyd yanaşırlar”.

Nə qədər qəribə olsa da, bu vəziyyətin yaranmasının günahkarlarından biri də banklardır. Baxmayaraq ki onlayn ödənişlər və xidmətlərdən yararlanan ilk tərəf məhz banklar olmalı idi. Amma N.Manafov deyir ki, bu sahədə bankların fəaliyyətini qənaətbəxş hesab etmək olmaz: “Məlumdur ki, banklar ödəmə sistemdə pulu həm almaqda, həm də kartların əhaliyə dağıdılmasında önəmli rol oynayırlar. Onların da İT səviyyələri çox aşağıdır. Həmçinin əhalinin banklara güvəni az olduğu üçün kartlarında pul saxlamırlar. Bundan əlavə, sahibkarlar bankların POS-terminallarından çox narazıdırlar, həm faiz məsələsində, həm də insanlar saytdan alış-veriş etdikdə ödənişdə texniki problemlər yaranır. Bu da yerli elektron ticarəti ləng inkişafa aparır”.

Ekspert, hazırda Azərbaycanın elektron ticarət bazarında bəlli bir kateqoriya üzrə artımın, digər sahələr üzrə də azalmanın olduğun deyib: "Ölkəmizdə elektron ticarətin statistikası da səhv hesablanılır və ümumiyyətlə, bu, şəffaf deyil. Azərbaycanda elektron ticarət mağazaları vahid məlumat ötürmürlər, dövlət də bunu hesablaya bilmir. Bir sözlə, Azərbaycanda olan elektron ticarət dövriyyələrinin hamısı səhvdir”.

Banner
Banner
  • online
  • ticarət
  • bank
  • mağaza
  • sahibkar
Paylaş

Digər xəbərlər

“Nar”  ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
İKT 29 Mart 2023
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
Azərbaycanda 2100-dən artıq telefonun IMEI kodu - SAXTA ÇIXIB
İKT 29 Mart 2023
Azərbaycanda 2100-dən artıq telefonun IMEI kodu - SAXTA ÇIXIB
930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 2130 IMEI koda - "KLON" STATUSU VERİLİB
İKT 29 Mart 2023
930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 2130 IMEI koda - "KLON" STATUSU VERİLİB
“Apple” hissə-hissə ödəmə xidmətini - İŞƏ SALIB
İKT 29 Mart 2023
“Apple” hissə-hissə ödəmə xidmətini - İŞƏ SALIB
Azercell, Bakcell və Nar 2 ayda - 100 MİLYON DOLLAR QAZANIBLAR
İKT 29 Mart 2023
Azercell, Bakcell və Nar 2 ayda - 100 MİLYON DOLLAR QAZANIBLAR
"Bakcell"dən iPhone istifadəçilərinə - ŞAD XƏBƏR!
İKT 28 Mart 2023
"Bakcell"dən iPhone istifadəçilərinə - ŞAD XƏBƏR!
“Alibaba” biznesini - ALTI ŞİRKƏTƏ BÖLƏCƏK
İKT 28 Mart 2023
“Alibaba” biznesini - ALTI ŞİRKƏTƏ BÖLƏCƏK
"Apple" yeni "iPhone 15"də SİM kartlardan - İMTİNA EDƏCƏK
İKT 28 Mart 2023
"Apple" yeni "iPhone 15"də SİM kartlardan - İMTİNA EDƏCƏK
“Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub
İKT 28 Mart 2023
“Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub
"Azercell" "iPhone" istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək - İMKANI YARADIR
İKT 28 Mart 2023
"Azercell" "iPhone" istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək - İMKANI YARADIR
Sumqayıt Texnologiyalar Parkının nizamnamə kapitalı - 238 Mln. Manatı Keçib
İKT 27 Mart 2023
Sumqayıt Texnologiyalar Parkının nizamnamə kapitalı - 238 Mln. Manatı Keçib
İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni - QADAĞAN EDİB
İKT 27 Mart 2023
İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni - QADAĞAN EDİB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Yeni qərardan sonra xaricdən gətirilən avtomobillər – NƏ QƏDƏR BAHALAŞACAQ – HESABLAMA  
    23:26 29 Mart 2023
  • Xaricdən gətirilən işlənmiş avtomobillərlə bağlı  - YENİ QADAĞA - HÖKUMƏTDƏN QƏRAR
    20:53 29 Mart 2023
  • "Providence Doytch Limited" işçilər axtarır - MAAŞ 500-1000-1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR
    20:41 29 Mart 2023
  • "AccessBank" işçilər axtarır - VAKANSİYALAR
    20:31 29 Mart 2023
  • "Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 500-800-3000-4000 MAMAT - VAKANSİYALAR
    20:24 29 Mart 2023
  • "PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:18 29 Mart 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:13 29 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçi axtarır - VAKANSİYA
    20:10 29 Mart 2023
  • Azərbaycan şirkəti icraçı direktor axtarır - MAAŞ 4000-5000 MANAT- VAKANSİYA
    20:07 29 Mart 2023
  • "Bravo" işçilər axtarır - VAKANSİYALAR
    20:03 29 Mart 2023
  • Suvarma suyundan istifadəyə nəzarət artırılır – TAPŞIRIQLAR VERİLDİ, RAYONDA GENİŞ TOPLANTI
    18:39 29 Mart 2023
  • Səhiyyə işçiləri də güzəştli ipoteka krediti və sosial mənzil - ALA BİLƏR
    18:27 29 Mart 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:08 29 Mart 2023
  • İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLDU
    18:02 29 Mart 2023
  • 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb
    17:58 29 Mart 2023
  • Qazprombank dünya mərkəzi banklarında əsas faiz dərəcələrinin artmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışıb
    17:53 29 Mart 2023
  • Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 3 milyard manata yaxın - PUL XƏRCLƏYİB
    17:48 29 Mart 2023
  • Piyadaların və sürücülərin - DİQQƏTİNƏ!
    17:32 29 Mart 2023
  • Hava ilə bağlı Xəzər dənizindəki gəmilərə - XƏBƏRDARLIQ EDİLDİ
    17:25 29 Mart 2023
  • "Bakı Fond Birjası"nda qeyri-ticarət saatları - MÜƏYYƏN EDİLİB
    17:22 29 Mart 2023
  • Bakıda restoranların dövriyyəsi - 30 FAİZ ARTIB
    17:16 29 Mart 2023
  • “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
    17:13 29 Mart 2023
  • "İntellekt" liseyinin direktoruna şiddətli töhmət verilib - Müavin işdən çıxarılıb
    17:11 29 Mart 2023
  • Bakıda orta aylıq əməkhaqqı 1087 manat olub - RƏSMİ
    17:06 29 Mart 2023
  • Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”
    16:57 29 Mart 2023
  • “Uğur” dönər evi bağlandı - QANUNSUZ İŞLƏYİRMİŞ
    16:53 29 Mart 2023
  • Azərbaycanda bu sığorta növü üzrə ödənişlər 4 dəfə artıb
    16:51 29 Mart 2023
  • Nazir: "Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir"
    16:50 29 Mart 2023
  • Növbəti üç gündə Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    16:41 29 Mart 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 3 NƏFƏR VƏFAT ETDİ
    16:39 29 Mart 2023
  • Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
    16:36 29 Mart 2023
  • Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
    16:33 29 Mart 2023
  • Azərbaycan Formula-1 turistləri üçün - VİZA ŞƏRTLƏRİNİ SADƏLƏŞDİRDİ - SƏRƏNCAM
    16:26 29 Mart 2023
  • İlham Əliyev Fazil Mustafaya sui-qəsd cəhdini nəzarətə götürüb - PREZİDENTİN KÖMƏKÇİSİ DEPUTATLA GÖRÜŞDÜ
    16:20 29 Mart 2023
  • “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları - AŞKAR EDİLDİ
    16:14 29 Mart 2023
  • Şirkətlər üçün ən sərfəli sığorta növü – YIĞIMLARI KƏSKİN ARTIB
    16:11 29 Mart 2023
  • Yelo Bank kəndlərdə futbolun inkişafına - DƏSTƏK OLUR!
    16:08 29 Mart 2023
  • Azərbaycandan tranzit keçən avtomobillərdən yol vergisi alınacaq - MƏBLƏĞLƏR
    16:02 29 Mart 2023
  • Pepsi loqosunu yenilədi - FOTO - VİDEO
    15:56 29 Mart 2023
  • Qanunsuz tikilən fərdi evlərə - QAZ, SU, İŞIQ VERİLMƏYƏCƏK - YENİ QANUNLAR
    15:47 29 Mart 2023
  • Mərkəzi Univermağın sahibi - VƏFAT ETDİ
    15:25 29 Mart 2023
  • FHN hava ilə bağlı əhaliyə - MÜRACİƏT ETDİ
    15:20 29 Mart 2023
  • Dövlət qurumu bina icarəsi üçün fiziki şəxsə 348 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    15:14 29 Mart 2023
  • 3000-dən çox müəllimin maaşına - 35 FAİZ ƏLAVƏ OLUB
    15:11 29 Mart 2023
  • ABŞ və Yaponiyaya məhsul ixrac edən sahibkar qadın: «Cəmi 120 kvadratmetrdə qorxa-qorxa istehsala başladıq» -  VİDEO
    15:05 29 Mart 2023
  • Naxçıvan da kartla işləməyə başladı - NAĞDSIZ TİCARƏT 2,7 DƏFƏ ARTDI
    15:02 29 Mart 2023
  • Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq - SİYAHI
    14:57 29 Mart 2023
  • Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə - MÜVƏKKİL İLƏ GÖRÜŞDÜ
    14:53 29 Mart 2023
  • AvtoVAZ Sankt-Peterburqdakı zavodda Lada istehsalına başlayacağını - ELAN ETDİ
    14:49 29 Mart 2023
  • Bakı Şəhər Heyvanat Parkı - TENDER ELAN EDİR
    14:46 29 Mart 2023
  • “Evrostroy” Azərbaycan bazarına çıxmaqda maraqlıdır
    14:42 29 Mart 2023
  • "Bakinşaat Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:36 29 Mart 2023
  • “Air Moldova” Kişineu-Bakı istiqamətində - BİRBAŞA REYS AÇIB
    14:36 29 Mart 2023
  • "Araz Supermarket" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:29 29 Mart 2023
  • “Bizdə dərman Türkiyədən ucuzdur” dedi - Komitə sədri etiraz etdi
    14:20 29 Mart 2023
  • Oğuz Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    14:18 29 Mart 2023
  • Həbsdə olan sabiq icra başçısının - CƏZASI AZALDILIB
    14:14 29 Mart 2023
  • "Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır" - RƏSMİ
    14:10 29 Mart 2023
  • "ASK Poliqrafiya" MMC "CTS-Agro"nu - MƏHKƏMƏYƏ VERİB
    14:09 29 Mart 2023
  • Prezident avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırdı - SƏRƏNCAM
    14:06 29 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!