2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 112 milyon 938 min ABŞ dolları dəyərində 361 min 631 ədəd smartfon idxal edilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gətirilən smartfonların sayı 71 min 568 ədəd (16,5%), dəyəri isə 10 milyon 92 min ABŞ dolları (8,2%) azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində ölkəyə 123 milyon 30 min dollar dəyərində 433 min 199 ədəd smartfon idxal edilmişdi.
Maraqlı məqam idxal olunan smartfonların orta qiymətinin artmasıdır. Hesabat dövründə idxal olunan bir smartfonun orta idxal dəyəri 531 manat təşkil edib.
Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 483 manat idi. Beləliklə, bir il ərzində ölkəyə idxal olunan smartfonların orta qiyməti 48 manat və ya 10% artıb.