Almaniyada qeydiyyatdan keçən və azərbaycanlı iş adamı Elşən Musayev tərəfindən təməli qoyulan EKM Global Consulting şirkəti hər hansı bir qəza, təbii fəlakət və digər hadisələr zamanı geoinformasiya sistemi (GİS) vasitəsilə müvafiq dövlət strukturlarına məlumat göndərməyə imkan verən xüsusi proqram tətbiqini hazırlamışdır.
“Digital Azerbaijan” brendi təqdim edilib - FOTOLAR
FED.az xəbər verir ki, müxtəlif əməliyyat sistemlərində işləyə biləcək həmin PT sayəsində aktual məlumatı hətta mobil və digər rabitə kanallarının olmadığı yerlərdən belə ötürmək mümkündür. EKM Global Consulting şirkəti proqramın “Azərişıq” ASC üçün nəzərdə tutulan versiyasını artıq təqdim etmişdir.
Elşən Musayevin EKM Global Consulting şirkəti istənilən növdən olan FH zamanı geoinformasiya sistemi vasitəsilə müvafiq dövlət strukturlarına məlumatları ötürməyə imkan verən xüsusi tətbiqi hazırlayıb. Adı SOS olan proqramın üzərində şirkət ixtiraçıların da iştirakı ilə iki il müddətində çalışıb və bu yaxınlarda onu Berlində nüfuzlu İNTERGEO 2023 beynəlxalq sərgisində nümayiş etdirib.
INTERGEO – geodeziya, geoinformasiya və torpaq abadlaşdırmasının bütün aspektləri üzrə aparıcı dünya sərgisi və ən mühüm beynəlxalq konqres meydançasıdır. Bazarın lideri olmaqla INTERGEO geoməkan ictimaiyyətini birləşdirir və onu sahə istifadəçiləri ilə birləşdirir. Bu peşəkar ictimai mərkəz, sahənin üzü və əlaqələndiricisidir.
Oktyabrın 10-12-nə qədər olan müddətdə Berlində keçirilən sərgidə 112 ölkədən 17 minə yaxın qonaq iştirak edib. 40-dan çox ölkədən 571 eksponent özünün məhsullarını nümayiş etdirib. 32 ölkədən olan 300 spiker nitqlə çıxış edib. Sərgi çərçivəsində təşkil edilən konfransda 841 nəfər iştirak edib.
Mustafa Musayev, EKM Global Consulting əməkdaşı, danışdı ki, sərgi çərçivəsində şirkət özünün coğrafi yerləşmə haqqında məlumatlardan, həmin məlumatların emal edilməsi və işlənməsi ilə əlaqədar olan proqram təminatını nümayiş etdirdi.
«Birinci gün mənə konfransda bizim bu yaxınlarda hazırladığımız SOS tətbiqini təqdim etmək imkanı yaradıldı. Bu tətbiq əsasən istifadəsi sadə olan istifadəçi interfeysinə malikdir ki, o, istənilən sistemə inteqrasiya edilə bilər və istənilən həyəcan siqnalları bilavasitə problemin həllinə görə cavabdeh olan şəxslərə yönləndirilə bilər” – Musayev dedi.
Onun sözlərinə görə SOS tətbiqi Yunanıstan və Latviya hökumətlərinin nümayəndələrində, eləcə də sərgidə iştirak edən bir sıra aparıcı kənd təsərrüfatı şirkətlərində və naviqasiya sistemlərinin aparıcı təchizatçılarında maraq doğurdu.
«Hər bir halda bizim yanımıza tətbiqə müxtəlif yanaşma və tamamilə müxtəlif istifadə halları ilə yanaşırdılar ki, sistem bunlara baxmayaraq yenə də özünün səmərəliyini göstərirdi. Biz EKM-də onun mehmanxanalara, hava limanlarına, dəmir yol vağzallarına, neft-qaz sektoruna, iri tədbirlərə və s. inteqrasiyasının mümkünlüyü məqsədi ilə bu məhsulun innovasiyalı inkişafı səylərinə inanırıq. Bizim məqsədimiz – rabitə kanallarında zaman itkisini azaltmaqla müştərilərimizin həyatını asanlaşdırmaq, səmərəli iş yeri yaratmaq, G2G ssenarisində inteqrasiya sistemi halında məlumatların şəffaflığını təmin etmək və ehtiyacı olanlara köməklik göstərməkdir!” - EKM Global Consulting əməkdaşı qeyd etdi.
SOS tətbiqi eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının elementlərindən biri kimi düşünülüb. Lakin həmin proqram təminatının istifadəsi həmçinin daşqınlar və zəlzələlər kimi təbii fəlakətlər də daxil olmaqla bir çox fövqəladə hallarda vaxtlı-vaxtında və faydalı müdaxiləyə xidmət edə bilər.
«Həmin PT hətta telefon rabitəsi və digər rabitə vasitələri olmadan belə coğrafi koordinatlar sistemi vasitəsilə hadisələr haqqında məlumatları ötürməyə imkan verir. Məsələn, zəlzələ zamanı uçqunlar altında qalan insan həmin tətbiqin köməkliyi ilə xilasedicilərə özünün yeri haqqında dəqiq məlumat ötürə bilər, nəticədə isə xilasetmə əməliyyatı sürətləndirilər. Və ya bu sistem vasitəsilə qəza hadisəsi, infrastruktur qəzası haqqında məlumatın müvafiq dövlət strukturlarına ötürülməsi daha çevik müdaxilə imkanlarını yaradır. Proqram təminatı iOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulub, lakin onu təkcə smartfonlara deyil, həm də digər mobil qurğulara quraşdırmaq mümkündür” – Musayev dedi.
Onun sözlərinə görə bu proqram təminatı Qarabağın bərpası və minalardan təmizlənmə (proqrama tətbiqin daxilində harada mina təhlükəsinin mövcud olduğunu göstərən xüsusi xəbərdarlıq sistemi yerləşdirilib) üzrə miqyaslı işlərin həyata keçirilməsi zamanı səmərəli şəkildə istifadə edilə bilər.
«Müxtəlif dövlət strukturları və podradçılar bu proqram təminatından fayda əldə edə bilərlər. Nəticədə bərpa zonasında çalışan əməkdaşlarla informasiya mübadiləsi daha sadə və istənilən fövqəladə vəziyyətə müdaxilə sürətli və səmərəli olacaqdır”, - o, əlavə etdi. (Haqqın.az)