21 may 2019 12:38

«Huawei» sanksiyaları Azərbaycana da təsir edə bilər – HÖKUMƏT HAZIRLAŞMALIDIR

ABŞ hökumətinin Çinin «Huawei» şirkətinə tətbiq etdiyi sanksiyalar bu şirkətlə əməkdaşlıq edən Azərbaycan şirkətlərinə də təsir edə bilər. Bundan başqa, ABŞ-ın casusluqda ittiham etdiyi şirkət indiyədək Azərbaycanın dövlət qurumlarına da xidmət göstərib və böyük ehtimalla müəyyən məlumatlara sahib olublar. Ona görə də Azərbaycan hökuməti və xüsusi mühafizə qurumu bütün məlumatları yoxlamağa başlamalıdır.

FED.az xəbər verir ki, bu barədə İKT texnologiyaları üzrə ekspert, İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert yazır: 

Huawei problemində Azərbaycan üçün təhlükə varmı?

XDMX xəbərdarlığına baxmayaraq HUAWEI ilə əməkdaşlıq edənləri nə gözləyir?

Eləcə də bax: "ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir"

Bir neçə gündür ki qlobal Huawei şirkəti ABŞ sanksiyaları ilə üzləşib.

ABŞ onu telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır.

Ümumiyyətlə uzun illər idi ki bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi.

Huawei -in milyardlarla marketinq siyasəti və ucuz məhsul satması da hökumətin dəstəyilə olduğu bildirilirdi.

Şitrət də bunu təkzib edirdi.

Belə görünür ki ABŞ hökuməti artıq bunu isbat edib.

İndi nə baş verəcək?

Bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi zaman zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub.

Amma 5G gündəmə gələndən sonra məlum oldu ki belə davam edərsə Huawei öz avadanlıq və proqramları ilə , hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək, bir sözlə 2-ci bir real dünyamıza nəzarət edəcək.

Odur ki ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi.

Güman ki bundan sonra Huawe-in global dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələrlər və açıqlamalarla N-ci sırada olan bir şirkətə çevriləcək.

Azərbaycan üçün təhlükə varmı?

Bəli var. Bizdə dövlət sektorunda Huawei- in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib.

Bildiyim qədər BakTelecomun (BTRİB) 80% - i, Aztelekom 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri Huawei məhsulları üzərində oturub.

Sanksiyalar hələlik Huawei telefonlarla bağlıdır.

Əgər sabah ABŞ sanksiyaları Huawei bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa nə baş verəcək?.Təsəvvür etmək çox çətindir.

Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər.

Xatırlayıram ki NRYTN yeni qurduğu Data Mərkəz də az qala Huawei nəzarətinə keçirdi. Son anda BestComp şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub.

Nə etməli?

Düşünürəm ki bu hadisədən sonra XDMX bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir.

Bildiyim qədər bizdə HUAWEI ilə daha çox əməkdaşlıq edən Eurodesign və Ultra şirkətləri olub.

Sanksiyalarla əlaqəli gözlənilən HUAWEI təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır.

Huawei şirkətinə qarşı ehtiyatlı olmağı tövsiyyə edən İT mütəxəssisləri və şirkət rəhbərlərini buradan alqışlayıram. Hökumətə də çağırış edirəm ki onlara dəyər versin və onları qorusun.

Yeri gəlmişkən, bu problem uzun zamandır ki yalnız Huawei ilə əlaqəli olub. Çinin çox saylı digər şirkətləri var və onlarla bağlı, onların hökümətə məlumat ötürməsi ilə bağlı hər hansı bir açıqlamalar olmayıb».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz