20 may 2019 20:28

Bu telefonlarda “Android” və “Google” OLMAYACAQ  

Amerikanın “Google” şirkəti Çinin “Huawei” şirkəti ilə bizness-əlaqəni dayandırır.

FED.az xəbər verir ki, Reuters-in məlumatına görə, Çin şirkəti ABŞ sanksiyaları altına düşdüyündən onun “Google” texnologiyalarına çıxışı məhdudlaşdırılır.

Bu o deməkdi ki, “Huawei” qadjetləri “Android” sisteminin yenilənməsini almayacaqlar. Bundan əlavə, “Huawei” istifadəçiləri “Google”, “Google Play” və “Gmail” kimi proqramlara çıxışını itirəcək.

Buna baxmayaraq, Çin şirkətinin qadjetlərinə “Android”ın İnternetdə sərbəst axtarışda olan versiyasını yükləmək mümkündür.

“Google” şirkətinin nümayəndəsi “Huawei” telekomunikasiya şirkəti ilə əməkdaşlığın dayandırılmasını şərh edib.

Onun sözlərinə görə, “Huawei” telefonlarını artıq almış insanlar “Google Play” və “Google Play Protect” tətbiqlərindən istifadəni davam etdirə biləcəklər.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz