22 may 2019 20:13

Abramoviç “Çelsi”yə dəstək üçün Bakıya gəlir

Bakıda keçiriləcək Avropa Liqasının final oyununda “Çelsi”nin sahibi Roman İbrahimoviçin də iştirakı gözlənilir.

FED.az xəbər verir ki, bu haqda Qol.az saytına London klubu rəsmilərinə yaxın mənbədən məlumat daxil olub. Rusiyalı iş adamı klub rəhbərliyinə “Arsenal”la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək.

Bu arada o da bəlli olub ki, “Çelsi” Bakıda 5 ulduzlu “Hyatt Park”, “Arsenal” isə "Alov qüllələri"ndə yerləşən “Fairmont” otelində qalacaq.

Xatırladaq ki, Avropa Liqasının “Çelsi” – “Arsenal” final oyunu mayın 29-da keçiriləcək

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz