Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi təsdiq edilib.
Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqə qaydası müəyyənləşib
FED.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi aşağıdakı kimi olacaq:
- Mübariz Əhmədov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
- Elçin Xələfov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru
- Yaqub Qurbanov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin rəisi – xidmət rəisinin müavini
- Mahir Yolçuyev - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi
- Elnur İbrahimov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin Qiymətləndirmə şöbəsinin rəisi
- Mirnağı Seyidov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin qrup rəhbəri (analitik iş və statistika üzrə)
- Aytəkin Qasımova - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu, Azərbaycan Notariat Palatası İdarə heyətinin üzvü
- Lalə Nağıyeva - Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
- Fuad Hüseynov - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
Digər qərarla Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının tərkibi aşağıdakı kimi təsdiqlənib:
- Toğrul Hüseynov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
- Səkinə Əliyeva - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini
- Fəqan Şabanov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin rəis müavini
- Seymur Səfərov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəis müavini
- Pərviz Əliyev - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Hüquqi şəxslər və inzibati orqanlarla iş şöbəsinin rəisi
- Hüseyn Məmmədov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin qrup rəhbəri (regional ədliyyə idarələri üzrə)
- Tufan Məmmədov - Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu
- Cavid Alıyev - Vəkillərin İntizam Komissiyasının sədri
- Rəna Qafarova - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi
Məlumat üçün bildirək ki, hər iki qərar 2025-ci il noyabrın 28-də qəbul edilib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.










