İmişli rayonu, Xoşçobanlı kənd sakininin xəbəri olmadan onun adına kredit götürülüb. Şikayətçi Əliəkbər Nuruşov belə bir iddia səsləndirib.
FED.az xəbər verir kl, şikayətçi, 6 noyabr 2024-cü il tarixində kredit götürmək üçün banka müraciət edib. Məlum olub ki, artıq onun adından bankdan kredit çəkilib.
O iddia edir ki, noyabr ayının 21-də isə onun pensiya kartından götürülən kreditə görə 157 manat vəsait çıxılıb. Vətəndaş məsələnin həll olunmasını istəyir.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ araşdırılır.
O da qeyd olunur ki, belə hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, şəxsi məlumatları heç kimlə paylaşmamalıdırlar (Xezerxeber.az)