Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı çoxsaylı çətinlikləri açıqlayıblar.
FED.az xəbər verir ki, xarici investorlar və şirkətlər bu sahədə çoxsaylı problemlərin olduğunu bildiririr. Problemlər həm qanunvericiliyitn təkmil olmaması və buradakı boşluqlar, həm də icra qurumunun əməkdaşlarının davranışı ilə bağlıdır.
Beləliklə Azərbaycanda icra sahəsində mövcud olan əsas problemlər:
1. İcra işinin statusu barədə operativ, hərtərəfli və onlayn məlumat almaq qeyrimümkündür;
2. İcra tədbirləri barədə tərəflərin rəsmi qaydada məlumatlandırılması davamlı və sistemli deyildir;
3. İcra tədbirləri operativ, keyfiyyətlə və tam icra edilmir, bəzən formal xarakter daşıyır;
4. İcra xidmətlərinin göstərilməsi üçün qanunsuz əlavə ödəniş tələb edilir və digər neqativ hallara yol verilir (cavabdehlə qanunsuz sövdələşmə və s.);
5. Borclunun əmlakı aşkar edilmədiyi halda icra işlərindən formal statistika məqsədləri üçün kütləvi şəkildə bu və ya digər yolla imtinalar edilir;
6. İcra işi üzrə tərəflərin hüquqlarının həyata keçirilməsinə süni maneələr yaradılır;
7. Borc bir icra üsulu ilə icra edildikdən sonra yerdə qalan borcun icra edilməsi faktiki və hüquqi yollarla yayındırılır;
8. Ölkədən çıxışa məhdudiyyət qoyulması və götürülməsində qeyri-obyektivlik hallarına yol verilir;
9. İcra prosesi əsasən iddiaçının vəsaitləri hesabına maliyyələşdirilir;
10. İcra məmuru tərəfindən məhkəməyə verilən bu və ya digər təqdimatlar formal xarakter daşıyır, əsaslandırılmır və sübutla möhkəmləndirilmir, nəticədə rədd edilir;
11. İcra məmuru işi əsassız akt əsasında başqa icra şöbələrinə göndərir;
12. Borclulardan icra ödənişi ilk növbədə alınır və sonra iş icra edilmir, ya da qanunsuz olarsa borcun hissə-hissə icrası üçün vaxt verilir;
13. Əmlakın boşaldılması üzrə icra tədbirlərinə görə qeyri-qanuni ödənişlər tələb edilir;
14. Birgə mülkiyyətdəki paya tələb yönəldilməsi üçün əlavə məhkəmə qərarı tələb edilir;
15. İcra sənədləri borcluların sayına uyğun verilmir.