Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
FED.az xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Məlumatı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Məlumat üçün bildirək, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub. (Trend)