Bu günə kimi 70 əfv sərəncamı imzalanıb, 12 Amnistiya aktı qəbul edilib. Bu gün icra edilən 13-cü amnistiya aktıdır.
Hansı şəxslərin Amnistiya ilə cəzadan azad ediləcəyi məlum olub - SİYAHI
FED.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktının 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsində icrası zamanı deyib.
O qeyd edib ki, Amnistiya aktının təsir dairəsinə 17 min şəxs düşüb: “Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndiriməsinə xidmət edir. Hazırkı Amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq”. (Apa)










