Nigeriyalılar polis yoxlama məntəqələrinə yaxınlaşarkən onları nə gözləyəcəyini yaxşı bilirlər Polislər utanmadan insanlardan onların nə qədər pul verə biləcəyini, onlara nə qədər “hörmət” edə biləcəyini soruşurlar. Bu da Nigeriyada həddən artıq yüksək dərəcədə korrupsiya səviyyəsinin olduğunu göstərir.
Keçmiş hərbi rəhbər, hazırda Nigeriyanın prezidenti olan Muhammad Buhari isə mövcud vəziyyəti dəyişmək istəyir. O, bunu necə edir?
Bir çoxları Buharinin bu niyyətinə şübhəli şəkildə yanaşır. Lakin onun qarşıya qoyduğu tapşırıq əslində çox çətin bir məsələdir. Müvəffəqiyyətli hərbi və mülki hökumətlər neft sənayesindən böyük gəlirlər əldə etmiş və onları yeyib talamışlar. Yerli əhalinin böyük qismi düşünür ki, problem əvvəlki hakimiyyət dövründə (Qudlak Conatan hakimiyyəti dövründə) görünməmiş ən yüksək həddə çatmışdı. Mart ayında keçirilən rəsmi audit aşkarladı ki, dövlət neft şirkəti 2011 – 2015-ci illər arasında ictimaiyyətin cibindən 25 milyard dollardan artıq pul tutmuşdu. Bundan başqa hökumət rəsmilərindən, dövlət xadimlərindən, hərbçilərdən, neft şirkətlərinin əməkdaşlarından ibarət kartellər gün ərzində minlərlə barel xam neft oğurlayırdılar. Neft qiymətlərinin cənab Conatanın səlahiyyət müddəti dövründə çox yüksək olmasına baxmayaraq əmanət hesabı talan edilərək boşaldılmışdı; ümumiyyətlə, israfçılığa yol verilmişdi.
Buharinin 2015-ci ilin mayında hakimiyyətə gəlməsi ilə onlarla vəzifəli şəxs və onların yaxın dostları gücləndirilmiş İqtisadi və Maliyyə Cinayətləri Komissiyası tərəfindən həbs edilmişdi. Həbs edilənlərin arasında milli təhlükəsizlik üzrə keçmiş məsləhətçi Sambo Dezuki də vardı. O, təyyarələr, vertolyotlar və döyüş sursatları üçün 2 milyard dollar dəyərində olan saxta müqavilələrlə bağlı cinayətdə ittiham edilirdi.
Yeni rəhbərlik dövründə “Nigerian National Petroleum Corporation” şirkəti bir az daha şəffaf olmağa başlamış, bu da özünü artıq onların aylıq maliyyə hesabatlarını dərc etdirməsində göstərmişdi.
Keçmiş neft naziri Londonda həbs edildikdən dərhal sonra Atlantic Energy adlı yerli şirkətin sədri də keçən il həbs olunur. Ümumiyyətlə, hökumət təxminən 10 milyard oğurlanmış aktivi bərpa etdiyini iddia edir (halbuki onların çoxusu uzun illər müddətində davam edəcək məhkəmələrlə bağlı olacaqdır).
Buhari hökuməti Gürcüstan kimi korrupsiyaya qarşı mübarizə aparan digər ölkələrdən dərs öyrənir. Lakin bundan heç də hamı təsirlənmir. 2015-ci ilədək Nigeriyanı idarə edən siyasi oponentlər onun apardığı kampaniyanı “cadugər ovu” adlandırmışlar. Vergi yığan bir sıra böyük hökumət orqanları heç öz büdcələrini yeniləməmişlər; eyni vəziyyəti ictimai gəlirlərin təxminən yarısını toplayıb mənimsəyən bir çox dövlət və yerli səlahiyyətli orqanlarda da müşahidə etmək olar. Bu da onun apardığı anti-korrupsiya siyasətinə qarşı şübhələrin yaranmasına gətirib çıxarır. Bunu qeydə almaq üçün maliyyə naziri Kemi-Yoki Adeosun kasıb qubernatorlara müraciət edərək bildirir ki, onlar öz maliyyələrini ikinci federal dotasiya almazdan əvvəl yeniləməli və ictimaiyyətə təqdim etməlidirlər. Bununla guya ictimai əmək haqqının ayrıldığı “xəyali” işçilərə zərbə vurulmuş oldu. Maliyyəçilər hesab edir ki, bu nümunə bir çox Qərbi Afrika ölkələrinə dərs ola bilər.
Kim bilir bəlkə çoxları, bir çox digər ölkələr qitənin ən çox korrupsiya yayılmış bir ölkəsindən də “şəffaflıq” barədə bir neçə dərs ala bilər.
Mənbə: www.economist.com