Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.
“İdrak” liseyinin rəhbəri danışdı - GÜLLƏLƏNƏN QADIN MÜƏLLİMDİR
DİN-in Mətbuat xidmətindən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.
Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.










