2016-cı ildən Azərbaycanda fəaliyyət göstərən dərman şirkəti “Scandens Pharmaceuticals İndustries Ltd.”
(eyni adda zavodun rəsmi adı) barəsində Azərbaycan Mərkəzi Bankı inzibati cərimə protokolu tərtib edib.
Eləcə də bax: Nazirlik daha bir tikinti şirkətini - CƏRİMƏLƏDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin cəzalandırılmasına səbəb isə xariclə valyuta əməliyyatlarındakı nöqsanlar (İnzibati Xətalar Məcəlləsi: 430.4) göstərilir.
2017-ci ildə bu şirkət və “SunPharma” ilə birgə Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməlini qoyublar. Bakının Hökməli və Atyalı qəsəbələrində tikiləcək bu zavod hələki tam hazır deyil, bu barədə Banker.az-a açıqlamada deyiblər.19 fevral 2020-ci il tarixdə bu şirkətlə bağlı Yasamal Rayon Məhkəməsində qərar verilib ki, 53 748 avro cərimə ödəməlidir. Bu isə hazırkı (26.02.2020) məzənnəyə görə 99 344 manatlıq vəsait deməkdir.
“Scandens Pharmaceuticals İndustries” zavodunda 90 adda 150 milyondan çox tablet və 40 milyon kapsul istehsal edilməsi nəzərdə tutulmuşdu. Qeyd edilir di ki, zavodunun işə düşməsi nəticəsində 100-dən çox yüksək ixtisaslı mütəxəssisin işlə təmin edilməsinə imkan yaradılacaq.
XATIRLATMA
Bu inzibati xətaya görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə tətbiq edilir. Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən 30%-dək məbləğdə cərimə edilir. Cərimənin formal səbəb, köçürmədən sonra malın 270 gün ərzində Azərbaycana idxal edilməməsidir.
Hazırda bu protokolu tərtib etmə hüquqi isə Mərkəzi Banka məxsusdur. AMB isə bununla bağlı son açıqlamasında bildirib ki, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır.