Azərbaycanda vergi risklərinə səbəb olan başlığa səbəblər açıqlanıb.
İcra məmurunun təqdimatıyla borclunun əmlakına həbs qoyulmasının prosessual əsasları müəyyən edilir
FED.az xəbər verir ki, bu barədə «PwC Azərbaycan»ın vergi direktoru Günel Sadiyeva bildirib.
DVX-nin rəis müavini: "Vergidən yayınmanın ağır cəzası olmalıdır"
Onun sözlərinə görə, vergi risklərinə təsir edən faktorlar fərqlidir. Bunlar həm xarici, həm də daxili faktorlar ola bilər. Xarici faktorlar deyəndə, vergi ödəyiciləri və ya müəssisələrdən asılı olmayan faktorlar başa düşülür.
«Bura qanunvericiliyin aydın olmaması, qanunvericiliyə dəyişikliklər edilməsi, vergi yoxlamalarının strategiyası, vergi orqanı tərəfindən yanaşma kimi məsələlər aiddir. Digər tərəfdən xarici faktorlara vergi mübahisələrinin həlli, məhkəmə sisteminin nə qədər effektiv işləməsi və mübahisələrin həllinə nə qədər kömək edə bilməsi aiddir. Bütün bunlar xarici faktorlardır, hansı ki, vergi ödəyicisi dəyişə bilməz. Bunların bir qismi vergi orqanının üzərindədir, bir qismi məhkəmələrin üzərindədir».
G.Sadiyevanın sözlərinə görə, son illər bu sahələrdə ciddi inkişaf baş versə də problemlər hələ də qalır.
İnkişaf əsasən vergi xidmətinin işi ilə bağlıdır: «Məsələn vergi qanunvericiliyində dəyişikliklər ildə bir dəfə baş verir (yəni bu proses qrafik üzrədir və qəfil dəyişikliklər olmur – FED.az). Vergi dəyişiklikləri ilə əlaqədar müvafiq məlumatlandırıcı sessiyalar keçirilir və sair. Qanunvericiliyin vergi orqanı tərəfindən şərh olunması da kifayət qədər yaxşıdır. Yəni biz öz təcrübəmizi qeyd edirik – sorğularla müraciət edəndə cavab verirlər, dəyişikliklər və yanaşmalarla bağlı şərhləri göndərirlər».
PwC-nin nümayəndəsinin sözlərinə görə, vergi orqanı ilə bağlı şikayətlər də var və bu təbiidir: «Bunsuz mümkün deyil. Vergi orqanı ilə vergi ödəyicisi fərqli hədəfləri olan qruplardır. Buna görə də şikayətlərin olması təbiidir. Məncə şikayətlərin çoxluğu pis faktor deyil, əslində bu bir etimad deməkdir, yəni vergi ödəyicisi vergi orqanına şikayət verərkən, onun həll olunacağını gözləyir».
G.Sadiyeva bildirir ki, bu sahədə əsas problem məhkəmələrlə, daha dəqiqi məhkəmələrdə vergi mübahisələrinin araşdırılması ilə bağlıdır: «Mənim fikrimcə hazırda əsas problemlər məhkəmə-hüquq sistemindədir. Bura məhkəmələrdə vergi biliklərinin kifayət qədər olmaması, vergi ekspertlərinin cəlb edilməməsi aiddir».
Ekspertin sözlərinə görə, məhkəmələrdə əsas problem vergi mübahisələrinin həlli ilə bağlı heç bir vaxt çərçivəsinin qoyulmamasıdır, nəticədə vergi mübahisələri illərlə davam edə bilər: «Əsas problemlərdən biri - vergi mübahisələrinin araşdırılması ilə bağlı inzibati prosesinin heç bir çərçivə ilə məhdudlaşmamasıdır. Nəticədə inzibati proses illərlə davam edə bilər. Bu böyük bir çətinlikdir və hakimlər tərəfindən vergi istiqamətində hansısa bir dəstək lazımdır. Bu prosesə vergi ekspertlərin cəlb olunması lazımdır ki, vergi mübahisələri operativ həll olunsun».
Vergi risklərinə səbəb olan daxili faktorlara gəlincə, Günel Sadiyeva bildirib ki, bu vergi ödəyicilərinin özündə olan problemlərdir.
«Bunlardan birincisi vergi biliklərinin səviyyəsidir. Yəni biz vergi qanunvericiliyindəki dəyişiklikləri nə qədər ciddi izləyirik və onları nəzərə alırıq.
Müəssismədə bir nəfər vergi mütəcəssisi olsa da o sadəcə mühasibin və ya menecerin səlahiyyətində olmamalıdır. Vergi sahə olaraq çox faktorlardan asılıdır və müəssisədə olan vergi risklərinə nəzarət edilməlidir».
Ekspertin sözlərinə görə, şirkətdə vergi risklərinə nəzarət edilməsə, hətta mal satışı və ya əksinə, satınalma kimi sadə əməliyatlar şirkət üçün ciddi risklər yarada bilər: «Bir misal göstərim, məsələn hansıa şirkətin satış komandası, müqavilə ilə mal və ya xidmət satır, Amma şirkətin mühasibi bu barədə yalnız müqavilə imzalanıb onun masasının üstünə gələndə xəbər tutur. Artıq müqavilə onun stolunun üzərinə qoyulub və onun vergi riskləri və ya təsirləri nəzərə alınmayıb. Halbuki, bu müqavilə imzalanmazdan əvvəl vergi meneceri və baş mühasibin stolunun üstündə olmalıdır ki, o vergi riskləri baxımından nəzərdən keçirilsin. Eyni vəziyyət təchizat məsələsinə də aiddir. Biz hansısa yeni təchizatçılarla müqavilə bağlayandan sonra xəbər tuturuq ki, bu tərəf riskli vergi ödəyicisi olub. Amma artıq gecdir – müqavilə bağlanılıb, nəticədə müəssisə vergi təsirləri səbəbindən müəyyən itkilərə məruz qalır».