Azərbaycanda iş adamlarının – sahibkar və idarəçilərin ən çox rastlaşdığı problemlərdən biri kredit götürmə və bunun ətrafında baş verənlərlə bağlı sonradan yaranan problemlərdir.
50 üzvü, beynəlxalq qiymətləndirmə hüququ olan təşkilatın – PLANLARI AÇIQLANDI
FED.az xəbər verir ki, bəzi hallarda iş adamları kredit götürmək üçün banka düzgün olmayan məlumat verir, bəzi hallarda isə krediti təyinatı üzrə istifadə etmir və sair başqa pozuntular yol verirlər.
Cinayət Məcəlləsində bu pozuntulara görə cəza nəzərdə tutulub – Maddə 195. Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - bu aydındır.
Amma bəzi hallarda ittihamçı tərəf, yəni prokurorluq, belə hallarda sahibkara və ya idarəçiyə əlavə olaraq başqa maddə üzrə də cinayət işi açılır. Bu – Məcəllənin olduqca «qorxulu» hissəsi olan Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər bölməsinə aid olan «Vəzifə səlahiyyətlərindən sui-istifadə» - 308-ci maddədir.
Hüquqşünas, Vəkillər Kollegiyasının üzvü, biznes mübahisələri və iş adamları ilə bağlı məhkəmə proseslərində ixtisaslaşan vəkil Pərviz Məmmədov bildirir ki, bu addım qanunsuzdur.
Son dövrlərdə bir sıra cinayət işlərində Cinayət Məcəlləsinin 195-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı həm də Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə ittiham irəli sürülməsi halları ilə rastlaşırıq.
Bildiyimiz kimi, Cinayət Məcəlləsinin 195-ci maddəsi (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda (50 000 manatdan çox 200 000 manatdan artıq olmayan məbləğdə) ziyan vurması halında cinayət törətmiş şəxsin məsuliyyətini nəzərdə tutur.
Lakin ittiham tərəfi bu maddədən əlavə şəxsin əməlini həm də 308-ci maddə ilə (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) tövsif edir.
Bu halda şəxs bir əmələ görə faktiki olaraq 2 cinayəti törətməkdə ittiham olunur və onun vəziyyəti ağırlaşır.
Bu isə öz növbəsində Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə (Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur) ziddir.
Təsadüfi deyil ki, Ali Məhkəmə də özünün bir neçə qərarında belə halın Cinayət Məcəlləsinin 17.4-cü maddəsi baxımından doğru olmadığını bildirmiş və 308-ci maddəni ittihamdan xaric etmişdir.
Bu mənada, belə hallar rastlaşan sahibkarlar, iş adamları və şirkət idarəçiləri məlumatlı olmalı, müdafiə üçün bu məlumatdan faydalana bilərlər.
Daha aydın olsun deyə, Ali Məhkəmənin bir qədər əvvəl oxşar halların biri ilə bağlı çıxardığı qərarın bir hissəsini təqdim edirik.
Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi və Azərbaycan Respublikası CM-in308.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı hərəkətlər faktiki olaraq onun qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar olmuş və Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə tam əhatə olunur.
Azərbaycan Respublikası CM-in 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir.
Həmin Məcəllənin 17.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Məhkum Təqsirləndirilən şəxs əməli həm Azərbaycan Respublikası CM-in 308.2-cimaddəsinin, həm Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsinin dispozisiyaları ilə uyğunluq təşkil etsə də, onun öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi məhz qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməsində ifadə olunduğundan Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi CM-in 308.2-ci maddəsinə nisbətən xüsusi norma kimi çıxış edir və R.H.Əliyevin bu əməli CM-in 17.4-cü maddəsinin tələblərinə əsasən yalnız Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə tövsif edilməlidir.
Məhkəmə kollegiyası yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki,məhkum Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi xaric edilməlidir.
2 maddə eyni vaxtda tətbiq ediləndə nə olur?
Yuxarıda qeyd edildiyi kimi, bəzi hallarda ittihamçılar eyni hala görə 2 maddə üzrə cinayət işi qaldırırlar. Belə halda hər maddə üzrə nəzərdə tutulan cəzalar birləşdirilir və ittiham olunan tərəf daha ağır vəziyyətə düşür.
Maddə 195-in cəzası nədir:
cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 1-3 il müddətə azadlığın məhdudlaşdırılması və ya 2-5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 308-in cəzası nədir?
2-4 min manat cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ağır nəticələrə səbəb olduqda – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3-7 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi, 195-ci maddənin üzərinə 308-ci maddənin də əlaaə edilməsi iş adamlarının cəzasını dəfələrlə ağırlaşdırır.
Yüngül hallarda maksimum cəza 2 ilədən həbs olduğu halda, bunu üzərinə 308-ci maddəni gəldiedə həbs müddəti daha 3 il artır.
Ağırlaşdırıcı hallarda isə 2-5 illik həbsin üzərinə 3-7 illik həbs də əlavə oluna bilər.
Bu mənada sahibkarlar və iş adamları hüquq və məhkəmə praktikasından düzgün istifadə edərək öz hüquqlarını daha yaxşı qoruya bilərlər.