Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nihad Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Vüsal 300" kimi tanınan iş adamı ev dustaqlığına buraxılıb
FED.az xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Fərzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, təqsirləndirilən şəxs "Camal LTD" MMC-də satış təmsilçisi vəzifəsində çalışdığı dövrdə şirkətə 77 min 365 manat ziyan vurub. O, müştərilərdən aldığı vəsaiti şirkətin hesabına köçürməyərək mənimsəyib.
Təqsirləndirilən Nihad Fərzəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. (oxu.az)