Dələduzlar telefonuna daxil olaraq həm bank hesabındakı pulu oğurlayıblar, həm də adına kredit götürüblər.
”Bank hesabınıza müdaxilə” zəngləri dələduzluqdur - DİN-dən çağırış
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yaşayan Elman Məmmədovun başına gəlib. O deyir ki, dələduzlar ona bank işçisi və polisin adından zəng edib, saxta sənəd göndərərək aldadıblar.
Telefonla görüntülü danışarkən dələduzlar Elman Məmmədovun mobil cihazına daxil olaraq onun dili də ingilis dilinə dəyişiblər və bildiriblər ki, guya bank hesabını qorumaq üçün edirlər. Səhəri gün aydın olub ki, dələduzlar onun bank hesabındakı 3000 manatı oğurlamaqla yanaşı, adına 8900 manat kredit də götürüblər.
Maraqlısı isə odur ki, Elman Məmmədov deyir ki, bir ay əvvəl banka kredit üçün müraciət edəndə imtina cavabı alıb.
Lakin, dələduzlar yüksək məbləğdə kredit götürə biliblər.










