Xəbər verildiyi kimi, bu gün Haaqada yerləşən Beynəlxaq Cinayət Məhkəməsinin Roma Statutu Rusiya prezidenti Vladimir Putinin həbsi barədə order verib.
FED.az xəbər verir ki, məhkəmə həbs orderini Putinin törətdiyi güman edilən hərbi cinayətlər, o cümlədən "Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin (uşaqların) Rusiya Federasiyasına qanunsuz deportasiyasından ibarət olan hərbi cinayətə görə verib.
Rusiya tərəfi məhkəmənin iştirakçısı olmadığına görə, bu qərarı qəbul etmədiyin elan etsə də, ekspertlər bildirir ki, bu qərardan sonra Putin artıq dünya ölkələrinin əksəriyyətinə səfər edə bilməyəcək.
Beynəlxalq hüquqşünas Lyavon Morozov bildirib ki, Beynəlxalq Məhkəmənin bu qərarından sonra Rusiya prezidenti əksər ölkəyə səfər edə bilməyəcək. Üstəlik onun sözlərinə görə, bu qərradan sonra Rusiyanın özündə belə məmurlar Putini beynəlxalq məhkəməyə təhsil vermək ehtimalı yaranır.  
Qeyd edək ki, bu məhkəmənin qərarlarını dünyanın 123 ölkəsi tanıyır, bura Avropa ölkələri, Cənubi Amerika, o cümlədən Rusiyanın müttəfiqi sayılan Venesuela, hətta Tacikistan da tanıyır. 
«Bu o deməkdir ki, əgər Putin bu ölkələrə, məsələn Tacikistana hansısa sammitə gedirsə, onu həbs edə bilərlər?» sualına hüquqşünas cavab verib ki, Putinin belə ölkələrə səfəri zamanı Beynəlxaq Cinayət Məhkəməsin həmin ölkədən Putinin həbs edilib məhkəmyə təhvil verilməsi üçün sorğu verə bilər. Amma bu sorğuya necə cavba vermək ölkənin özündən asılıdır, məhkəmənin sorğusunu icra etmək də, ona rədd cavabı da vermək olar. 
Onun sözlərinə görə, Rusiya bu məhkəmənin qərarını tanımaya bilər, amma dünya təcrübəsi, o cümlədən son illərin təcrübəsi göstərir ki, haqqında məhkəmə hökmü olan liderləri istənilən halda nə vaxtsa tutub mühakimə edirlər. Buna Peru, keçmiş Yuqoslaviya və başqa ölkələrin liderləri misal ola bilər: «Əsas məsələ odur ki, bununla bağlı hüquqi mexanizm artıq işə düşüb».
 Xatırladaq ki, Haaqada yerləşən Beynəlxaq Cinayət Məhkəməsinin Roma Statutu beynəlxalq hərbi cinayətlərə görə mühakimə edir. Onun yaradılması barədə qərar  1998-ci ildə qəbul edilib və 2002-ci ildə yaradılıb. İndiyədək, yəni 2022-ci il oktyabrına oloan vəziyyətə dünyanın 123 ölkəsi bu məhkəməyə üzv olub. 
Bəzi ölkələr isə məhkəmə ilə bağlı razılaşmanı imzalasalar da hələlik sənidi ratifikasiya etməyib və bura üzv olmayıblar. Rusiya da bu müqaviləni imazalasa da, ratifikasiya etməyib, 2016-cı ildə isə ümumiiyyətlə sənədi imzalamayacağını elan edib, buna səbəb məhkəmənin Krımın işğalını cinayət hesab etməsi olub.
Beləlikdə Beynlxalq  Cinayət Məhkəməsinin Roma statutunun üzvü olan ölkələr bunlardır. Yuxarıda da deyildiyi kimi, bu ölkələrə səfər etmək artıq Putin üçün təhlükəlidir: 
Əfqanıstan
Albaniya
Andorra
Antiqua və Barbuda
   Argentina
   Avstraliya
   Avstriya
   Banqladeş
   Barbados
   Belçika
   Beliz
   Benin
   Boliviya
   Bosniya və Herseqovina
   Botsvana
   Braziliya
   Bolqarıstan
   Burkina Faso
   Kamboca
   Kanada
   Kabo Verde
   Mərkəzi Afrika Respublikası
   Çad
   Çili
   Kolumbiya
   Komor adaları
   Konqo, Konqo Demokratik Respublikası
   Konqo, Konqo Respublikası
   Kuk adaları
   Kosta Rika
   Kot-d'İvuar
   Xorvatiya
   Kipr
   Çexiya Respublikası
   Danimarka
   Cibuti
   Dominika
   Dominik respublikası
   Şərqi Timor
   Ekvador
   El Salvador
   Estoniya
   Fici
   Finlandiya
   Fransa
   Qabon
   Qambiya, 
   Gürcüstan
   Almaniya
   Qana
   Yunanıstan
   Qrenada
   Qvatemala
   Qvineya
   Qayana
   Honduras
   Macarıstan
   İslandiya
   İrlandiya
   İtaliya
   Yaponiya
   İordaniya
   Kiribati
   Keniya
   Cənubi Koreya
   Latviya
   Lesoto
   Liberiya
   Lixtenşteyn
   Litva
   Lüksemburq
   Madaqaskar
   Malavi
   Maldiv adaları
   Mali
   Malta
   Marşal adaları
   Mavrikiy
   Meksika
   Moldova
   Monqolustan
   Monteneqro
   Namibiya
   Nauru
   Hollandiya
   Yeni Zelandiya
   Nigeriya
   Nigeriya
   Şimali Makedoniya
   Norveç
   Fələstin
   Panama
   Paraqvay
   Peru
   Polşa
   Portuqaliya
   Rumıniya
   Saint Kitts və Nevis
   Müqəddəs Lusiya
   Sent Vinsent və Qrenadinlər
   Samoa
   San Marino
   Seneqal
   Serbiya
   Seyşel adaları
   Sierra Leone
   Slovakiya
   Sloveniya
   Cənubi Afrika[J]
   İspaniya
   Surinam
   İsveç
   İsveçrə
   Tanzaniya
   Tacikistan
   Trinidad və Tobaqo
   Tunis
   Uqanda
   Böyük Britaniya
   Uruqvay
   Vanuatu
   Venesuela
   Zambiya


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







