Aprelin 21-də vətəndaşların bank kartlarından 31 340 manat oğurlanıb.
Bank kartlarından daha 15 min manat oğurlandı - DİN BİR DAHA XƏBƏRDARLIQ ETDİ
Bu barədə FED.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Aprelin 21-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7845, 7700, 5000, 2997, 2000, 1200, 1000, 999, 900, 597, 245, 230, 220, 116, 100, 97, 72, 22 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - məlumatda qeyd olunub.