20 iyul 2019 20:19

Məhkəmə icraçıları bu il 300 milyon manat ödətdiriblər - AŞIQLANDI

Bu il son illərlə müqayisədə məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Ədliyyə Nazirliyində məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin birinci yarısında görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50%-dən artıq – 300 mln. manatdan çox vəsait ödətdirilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz