10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan olub.
Sosial şəbəkədə saxta kredit elanı verərək kartları talayan şəxs saxlanılıb
FED.az xəbər verir ki, belə bir iddia ilə Ağdam sakini Loğman Əşrəfov bildirir ki, “Tik Tok” sosial şəbəkəsi vasitəsilə tapdığı səhifələrdən birinə 10 min manat kredit üçün müraciət edib. Səhifə sahibi də ondan kredit üçün 608 manat depozit tələb edib, Loğman Əşrəfov depoziti ödədikdən sonra gözləmədiyi hadisə ilə rastlaşıb.
Şikayətçi Loğman Əşrəfov bildirir ki, məsələ ilə bağlı dərhal polisə müraciət edib. Lakin aylardır ki, onun ödənişi geri qaytarılmır.