Elm və Təhsil Nazirliyindən 44 milyon manatlıq yemək tenderi udmuş "El-Oba" QSC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən il 11 milyon 317 min manat gəlir əldə etsə də 10 milyon 94 min manat maya xərcinə görə cəmi 1 milyon 222 min manat mənfəət əldə edə bilib.
Bundan başqa sair əməliyyat gəlirləri 283,2 min manat təşkil etsə də 1 milyon 277 min manatlıq inzibati xərclərdən sonra 228,6 min manatlıq əməliyyat mənfəəti qalıb.
İllik müqayisədə cəmi gəlirlər 4 milyon 22 min manat (55,1%), satışın maya dəyəri 3 milyon 712 min manat (58,2%), ümumi mənfəəti 308 min manat (33,7%), inzibati xərcləri 810 min manat (2,7 dəfə) artıb, əməliyyat mənfəəti isə 218,3 min manat (49%) aşağı düşüb.
45,7 min manat mənfəət vergisi ödənişindən sonra "El-Oba" QSC ötən ili 182,8 min manat xalis mənfəət əldə edib. 2022-ci ildə mənfəət vergisi ödənişi olmayıb, xalis mənfəət isə təqribən 447 min manat olub.
"El-Oba" QSC ötən il 1 milyon 485 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 305 min manat (26%), böyüyüb.
Öhdəliklər son bir il ərzində 122 min manat (8%) artaraq 1 milyon 593 min manata çatıb.
QSC-nin mənfiyə düşmüş balans kapitalı 108,2 min manat olub ki, bu da illik müqayisədə 182,9 min manat (2,7 dəfə) azdır.
Qeyd edək ki, "El-Oba" QSC Elm və Təhsil Nazirliyinin ötən il 11,1 milyon manatlıq "2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması" və bu il 32,8 milyon manatlıq "2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması" təkliflər soğrularının qalibi olub.
2000 manatlıq nizamnamə kapitalına malik oian şirkət 23 aprel 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğldur. Hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, Ev 6 ünvanıdır.