“Qəbələ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin yekunlarına dair konsolidə olunmuş mənfəət və zərərlər hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin gəlirləri azalsa da, xərclərin daha çox azalması nəticəsində mənfəətdə artım baş verib.
Gəlirlər və ümumi mənfəət
2024-cü ilin sonu üzrə şirkətin cəmi gəlirləri 10 milyon 342,4 min manat təşkil edib. Bu göstərici 2023-cü illə (11 milyon 132,9 min manat) müqayisədə 790,5 min manat (7,1%) azalma deməkdir.
Eyni zamanda şirkət xərclərini də azaldıb. Satışlar və xidmətlərin maya dəyəri 8 milyon 81,4 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 157,9 min manat (12,5%) azalma deməkdir.
Nəticədə xərclərin gəlirlərdən daha sürətli azalması ümumi mənfəətin 2 milyon 260,9 min manata bərabər olmasına səbəb olub. Bu göstərici ötən illə müqayisədə 367,4 min manat (19,4%) artıb.
Əməliyyat xərcləri və əməliyyat mənfəəti
İnzibati və digər əməliyyat xərcləri 2 milyon 176,7 min manat təşkil edib.İl ərzində 366,1 min manat (20,2%) artım qeydə alınıb.
Şirkətin maliyyə gəlirləri və faiz xərcləri isə həm 2023, həm də 2024-cü ildə olmayıb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 84,3 min manat təşkil edib. Bu, 2023-cü ilin göstəricisi (83,0 min manat) ilə müqayisədə 1,3 min manat (1,5%) artım deməkdir. Vergidən əvvəlki mənfəət də eyni məbləğdə olub.
Xalis mənfəət
2024-cü ildə mənfəət vergisi xərci 16,9 min manat təşkil edib. 2023-cü illə müqayisədə inşaat şirkəti 0,3 min manat (1,5%) daha çox vergi ödəyib.
Nəticədə “Qəbələ İnşaat” MMC-nin xalis mənfəəti 67,4 min manata bərabər olub. Bu isə 2023-cü ilin göstəricisi (66,4 min manat) ilə müqayisədə 1,0 min manat (1,5%) artım deməkdir.
Beləliklə, şirkət 2024-cü ildə gəlirlərində azalma qeydə alınsa da, satışın maya dəyərinin azalması hesabına bunu kompensasiya edib və ili mənfəət artımı ilə başa vurub.
“Qəbələ İnşaat” MMC-nin maliyyə hesabatı şirkətin 2024-cü ildə aktivlərinin və kapitalının artdığını göstərir.
Aktivlər
Hesabat dövründə uzunmüddətli aktivlər 903,7 min manata bərabər olub, maşınlar və avadanlıqlar 3,8 min manat, nəqliyyat vasitələri 899,8 min manat təşkil edib.
Buna qarşılıq qısamüddətli aktivlər 3 milyon 715 min manata bərabər olub. Bu da əvvəlki ilin sonu ilə müqayisədə 580,5 min manat (18,5%) artım baş verib.
Ehtiyatlar 1 milyon 555,1 min manat təşkil edib və əvvəlki illə müqayisədə 398,1 min manat (34,4%) artıb.
Qısamüddətli debitor borcları müqayisədə 378,8 min manat (23,1%) artaraq 2 milyon 15,4 min manata yüksəlib.
Pul vəsaitləri və onların ekvivalentləri isə 144,5 min manata bərabər olub.
Öhdəliklər
Hesabatdan məlum olur ki, şirkətin uzunmüddətli öhdəlikləri yoxdur.
Cəmi qısamüddətli öhdəliklər (və ümumi öhdəliklər) 3 milyon 775,8 min manat təşkil edib. Son bir il ərzində bu öhdəliklərdə 211,5 min manat (5,9%) artım qeydə alınıb.
Qısamüddətli kreditor borcları 55,1 min manat təşkil edib ki, bu da illik 16,8 min manat (43,7%) artıma bərabərdir.
Sair qısamüddətli öhdəliklər isə 3 milyon 720,6 min manat təşkil edib və 2023-cü illə müqayisədə 194,7 min manat (5,5%) artıb.
Kapital
Şirkətin cəmi kapitalı 2024-cü ilin sonu üzrə 842,8 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (775 min manat) ilə müqayisədə 67,8 min manat (8,8%) artım deməkdir.
Kapitaldakı artım əsasən mənfəət hesabına formalaşıb. Belə ki, bölüşdürülməmiş mənfəət 174,2 min manat təşkil edib. Bu da il ərzində artımın 67,8 min manat (63,8%) olması deməkdir.
Eyni zamanda ödənilmiş nizamnamə kapitalı 200 manat, kapital ehtiyatları isə 668,4 min manat səviyyəsində dəyişməz qalıb.





![“Qəbələ İnşaat” MMC-nin mənfəəti artıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/386966.png)
![“Qəbələ İnşaat” MMC-nin mənfəəti artıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4068415.png)
![“Qəbələ İnşaat” MMC-nin mənfəəti artıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/20769.jpg)








