“Zəyəm Texnologiyalar Parkı” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, əsas əməliyyat gəlirləri 6 milyon 58 min manat, maya xərci 5 milyon 312 min manat, ümumi mənfəəti isə 1 milyon 216 min manat təşkil edib.
İllik müqayisə ilə əsas əməliyyat gəlirləri 1 milyon 414 min manat (17,8%), maya xərci 1 milyon 782 min manat (25,1%), azalsa da. ümumi mənfəəti isə 368,5 min manat (43,5%) artıb.
Sair əməliyyat gəlirləri 30,6 min manat (52,5%) azalaraq 27,7 min manata düşüb.
Şirkət kommersiya xərcləri 117,7 min manat (2,3 dəfə) artaraq 211,8 min manata, inzibati xərcləri 249,9 min manat (20,1%) artaraq 1 milyon 492 min manata çatdırıb. Sair əməliyyat xərcləri isə 2 milyon 339 min manat (3 dəfə) artımla 3 milyon 514 min manata yüksəlib.
Hesabat dövründə şirkət 3 milyon 974 min manat əməliyyat zərəri edib. Bu da son bir il ərzində 2 milyon 369 min manat və ya 2,5 dəfə artım deməkdir.
Maliyyə xərcləri 102,9 min manata bərarəb olub. Xərclərdə 17,5 min manat (14,5%) azalma baş verib.
Beləliklə, “Zəyəm Texnologiyalar Parkı” ASC 2024-cü ili 4 milyon 77 min manat xalis zərər ilə yekunlaşdırıb. Halbuki, 2023-ci ildə 1 milyon 725 min manat xalis zərər etmişdi. İllik müqyaisədə Zəyəm Texnologiyalar Parkı”nın xalis zərəri 2 milyon 352 min manat, başqa sözlə 2,4 dəfə artıb.
“Zəyəm Texnologiyalar Parkı” ASC ötən il 16 milyon 86 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 6 milyon 789 min manat (30%) azalıb.
Uzunmüddətli aktivlər 2024-cü ildə 11 milyon 569 min manat təşkil edərək, əvvəlki ilə nisbətən 734 min manat və ya 6.0% azalıb. Bu azalma əsasən "Torpaq, tikili və avadanlıqlar" kateqoriyasında müşahidə olunur, belə ki. bu göstərici 11 milyon 25 min manatdan 11 milyon 757 min manata düşərək 732 min manat (6.2%) azalma qeydə alınıb. Qeyri-maddi aktivlərdə isə cüzi 2 min manat (0.4%) azalma baş verib.
Şirkətin qısamüddətli aktivlərində daha ciddi azalma baş verib. 2023-cü ildə 10 milyon 571 min manat olan bu göstərici 2024-cü ildə 4 milyon 517 min manata enərək 6 milyon 55 min manatlıq bir azalma (2.3 dəfə kiçilmə) ilə nəticələnib. Ən böyük azalma qısamüddətli debitor borclarında müşahidə olunur ki, bu da 4 milyon 952 min manatdan 1 milyon 582 min manata düşərək 3 milyon 371 min manat və ya 3,1 dəfə kiçilmə deməkdir. Sair qısamüddətli aktivlər də 3 milyon 803 min manatdan 1 milyon 339 min manata enərək 2 milyon 464 min manat və ya 2,8 dəfə azalıb. Ehtiyatlarda 320 min manat (20,9%) azalma baş verib və 1 milyon 214 min manata bərabər olub. Maraqlıdır ki, pul vəsaitləri və onların ekvivalentlər" 282 min manatdan 382 min manata yüksələrək 99 min manat (35.4%) artım göstərib.
Öhdəliklər isə 2 milyon 289 min manat (15,6%) azalaraq 12 milyon 389 min manata yüksəlib.
Balans kapitalında isə 4 milyon 500 min manat (2,2 dəfə) azalma baş verib və 3 milyon 696 min manata düşüb.
Bölüşdürülməmiş zərər 21 milyon 386 min manatdan 14 milyon 609 min manata düşərək 6 milyon 777 min manat (31.7%) azalma göstərsə də bu, ümumi kapitalın azalmasının qarşısını ala bilməyib.Ödənilmiş nominal kapital isə sabit qalıb.