2025-ci ilin yanvar-fevral ayında Azərbaycan xaricdən 752 min 220 dollar dəyərində 2 milyon 130 min 930 ədəd diş fırçası idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, diş fırçalarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 148 min 40 ədəd və ya 24,5% artıb, miqdar ifadəsilə 1 milyon 39 min 400 ədəd və ya 32,8% azalıb.
2024-cü ilin yanvar-fevral ayında isə Azərbaycan 604 min 710 dollar dəyərində 1 milyon 130 min 410 ədəd diş fırçası idxal olunmuşdu.
Hesabat dövründə 1 ədəd diş fırçasının orta idxal qiyməti 60 qəpik olub ki, bu da illik 12 qəpik (24,5%) artıqdır.
Ötən ilin ilk 2 ayının nəticələrinə əsasən 1 ədəd diş fırçasının orta idxal qiyməti 48 qəpik olub.
Bu dövrdə ən çox fırça 1 milyomn 599 min 100 ədəd olmaqla Çindən gətirilib.
Vyetnam idxalın miqdarının çoxluğunua görə 2-cidir. Bu ölkədən ümumilikdə 447 min 890 ədəd diş fırçası gətirilib.
3-cü pillədə isə 25 min 810 ədəd olmaqla Rusiya qərarlaşıb.
Ən az diş fırçası isə Avstriyadan (20 ədəd) və Koreyadan (120 ədəd) idxal olunub.
Bu dövrdə diş fırçalarını ən baha qiymətə satan ölkələr Avstriya (35,70 manat) Koreya (14,17 manat), İsveçrə (3,97 manat) və Almaniya (3,16 manat) olub.
Ən ucuz qiymət isə Çin (43 qəpik), Türkiyə (49 qəpik) və Vytetnam üzrə (95 qəpik) qeydə alınıb.
S/n |
|
Miqdar (ədəd) |
Məbləğ (dollar) |
1 ədədin orta idxal dəyəri (manat) |
Ölkələr (cəmi) |
2130930 |
752 220 |
0,60 ₼ |
|
1 |
Avstriya |
20 |
420 |
35,70 ₼ |
2 |
Koreya Respublikası |
120 |
1 000 |
14,17 ₼ |
3 |
İsveçrə |
5 200 |
12 140 |
3,97 ₼ |
4 |
Almaniya |
6 800 |
12 630 |
3,16 ₼ |
5 |
Hindistan |
17 220 |
24 540 |
2,42 ₼ |
6 |
İrlandiya |
8 450 |
9 800 |
1,97 ₼ |
7 |
İtaliya |
4 710 |
5 130 |
1,85 ₼ |
8 |
Tailand |
200 |
200 |
1,70 ₼ |
9 |
Rusiya |
25 810 |
25 690 |
1,69 ₼ |
10 |
Vyetnam |
447 890 |
25 0010 |
0,95 ₼ |
11 |
Türkiyə |
15 400 |
4 420 |
0,49 ₼ |
12 |
Çin |
1 599 100 |
406 230 |
0,43 ₼ |