Rusiyanın Xarici İşlər Nazirliyi iddia edib ki, vurulmuş AZAL təyyarəsinə görə tam sığorta dəyəri - 1 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.
Rusiya AZAL-ın təyyarəsinə görə təzminat ödədiyini - ELAN ETDİ - MƏBLƏĞ AÇIQLANDI
FED.az xəbər verir ki, "AlfaStrakhovanie" ASC fevral ayından təbii fəlakətlə əlaqədar sığorta ödənişləri həyata keçirir: "Uçuşda olan 62 sərnişindən 46-nın yaralanması və həlak olması ilə bağlı iddialar tam təmin edilib, o cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından isə 1-nin tam ödənişi təmin edilib. Bu günə olan məlumata görə, təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib", - deyə Nazirliyin yaydığı açıqlamada bildirilib.
Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev isə deyir ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib.
Təyyarənin sağ qalan bələdçisi Zülfüqar Əsədov da Rusiya tərəfinin yaydığı məlumatın əsassız olduğunu bildirir.