İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər panikaya düşərək özünü binadan ataraq xəsarət alıb.
Son bir saatda İstanbulda səkkiz zəlzələ olub
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul Valiliyi yayıb.
Bildirilib ki, hazırda xəstəxanalarda həmin şəxslərin müalicəsi davam edir və həyatları üçün təhlükə yoxdur.