İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.
FED.az xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.
Onun sözlərinə görə, yaralananlar həyəcanlanaraq özlərini binadan ataraq xəsarət alıblar.
Vali zəlzələ nəticəsində heç bir dağıntının qeydə alınmadığını da qeyd edib.
***
Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.
FED.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Hələlik, dağıntı və tələfat barədə məlumat yoxdur. (Apa)